Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Allahu təala buyurur (Yoxsa Allah içərinizdən cihad edənlərin (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlilləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz!) bu nəssdə qeyd olunan şeylər cənnətə daxil olmaq üçün şərtdir?
Cavab: Allahın adı ilə, Ayə zahirən bunu qəsd edir ki, kim cənnətə daxil olmaq istəyirsə, din yolunda və onu qorumaq üçün müsibətlərə dözməlidir. Allah hidayət edən və biləndir.
Sual: Həqiqətən bəsmələ (Bismilləhir Rahmənir Rahim) Faithə və İxlas surəsinin bir cüzidir yoxsa yalnız başlamaq üçündür?
Cavab: Allahın adı ilə, Artıq mötəbər dəlillə sabit olub ki, bəsmələ hər bir sürənin cüzidir yalnız Bəraət (Tövbə) surəsindən başqa, və Nəml surəsində isə bəsmələ onun iki cüzidir, Amma başqa islam məzhəbləri onu inkar edirlər və bəsmələ yalnız Fatihə sürəsinin cüzi və Nəml surəsinin isə bir cüzi olduğunu görürlər. Allah daha yaxşı biləndir.
Sual: Bəsmələ (Bismilləhir Rahmənir Rahim) Ayətül kürsinin bir cüzidir yoxsa o həmçinin başlamaq üçündür?
Cavab: Allahın adı ilə, Bəsmələ Ayətül kürsinin bir cüzi deyil. Allah daha yaxşı biləndir.
Sual: Köhnəlmiş və istifadəyə yararlı olmayan Allahın və peyğəmbər (s)-in və Əhli beyt (ə) imamlarının adları olan kağız və əşyalarını məhv etməyin hökmü nədir? Bunları zibil qutusuna və ya zibili məhv edən aparatlara atmaq olarmı?
Cavab: Allahın adı ilə, Bu əşyaları zibil qutusuna atmamışdan (məhv etməmişdən) öncə o, adları oradan silinməli və ya islam müqəddəslərinə hörmətsizlik olmasın deyə basdırılmalıdır. Allah hidayət edən və hər şeydən xəbərdardır.
Sual: Bəsmələ ancaq Fatihə surəsinin bir hissəsi hesab olunur?
Cavab: Allahın adı ilə, Mötəbər dəlillərlə sabit olmuşdur ki, Bəsmələ Quranın tövbə surəsindən başqa digər bütün surələrin bir hissəsidir. Lakin digər islam məzhəbləri bunu inkar edirlər. Onlar Bəsmələni fatihə surəsinin bir cüzi hesab edirlər. Buna görə də cəmiyyətdə iki Quranın (şiə və sünni) olması dinə təhqir hesab olunur. Bu barədə düzgün hökm, əshabımızın gətirdiyi xəbərlərdir. Allah daha yaxşı biləndir.
Sual: Furqan surəsinin (52) və (63) ayələrində zikr olunan Kafirlər və Cahillərin arasında fərq nədir?
Cavab: Allahın adı ilə, Kafir odur ki, islam əsaslarından birini (tövhid və nubuvvət və onlara bağlı olanlar) inkar edəndir. Amma cahil isə səfehdir. O, şəxslərə deyilir ki, onlar ağılla iş görməzlər. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra