Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Onun bu sözü (Görürəm həqiqətən özünü bəzəyərək tədlis edən qadının mehriyyəsi yoxdur) işarə edirki Əhli beyt imamların (ə)-ın rəyi alimlərin rəyi kimidir?
Cavab: Allahın adı ilə, Hədisdə qeyd olunan ifadə rəy və fətva demək deyil, əksinə onun mənasına (Etiqad edirəm). Allah alimdir.
Sual: Orada hörmətli Mərcəi təqlid Şeyx (kölgəsi davamlı olsun) bir dəstə zəvvarlara bir hədis nəql edib, həmən hədisin məzmun və xülasəsi belədir ki, qiyamət günü Allah şiələrə cənnətə daxil ol əmrini verəndə onlar Allahdan İmam Hüseyn (ə)-a baxmağı tələb edəcəklər və İmam Hüseyn (ə) onların yanına gələcək və İmam Hüseyn (ə)-a baxacaqlar Onu gördükdə elə heyran olacaqlar ki, onlar cənnət və nemətləri unudacaqlar, sonra onları cənnətə aparılmalarına əmr olunacaq (Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər) bu hədisin nəss və sənədin bizə təqdim etsəydiniz çox gözəl olardı?
Cavab: Allahın adı ilə, Bu hədis Kamil əl-Ziyarət kitabında (s 167) bab (26) hədis (8) İmam Sadiq (ə)-dan nəql olunub (Elə bir bəndə yoxdur ki gözləri ağlamadan məhşərə gəlməsin babam imam Hüseyn (ə)-a ağlayanlardan başqa həqiqətən həmən şəxs məhşərə gözü sevinc, müjdə onu qarşılayar və sevinc üzlərində olar, yaranmışlar hərəsi bir tərəfə yayılar amma onlar ərşin altında və kölgəsində Hüseyn (ə)-la danışarlar və hesabdan qorxmazlar, onlara cənnətə daxil olun deyilər amma onlar daxil olmazlar Onun məclisini və kəlamını seçərlər, hurul eyn onlara göndərilər əbədi cənnətdə sizin üçün artıq darıxmışam, onlara sarı başlarını qaldırmazlar. Allah müvəffəq edəndir.
Sual: Evi tikəndə yeddi dirsək olsun ondan yuxarıda şeytanlar yaşayar və şeytanlar nə göydə və yerdə yaşayır yalnız havada yaşayırlar? Və ikinci hədisdə isə evin hündürlüyünü yeddi və ya səkkiz dirsəkdən çox etsə, ondan çoxunda hazır olarlar (şeytanlar)? Üçüncü hədisdə gəlib ki, bütün o şeylərki evin hündürlüyünü doqquz dirsəkə qaldırsa orada (cinlər) yaşayarlar? Suallar:-1- Hədislər səhihdir, əgər səhih olsa yeddi dirsəkdən hündür tikmək haramdır yoxsa məkruhdur? 2- Ola bilsin möminlərin çox evi yeddi və ya çox hündür tikirlərki övladlarını evləndirib yerləşdirsinlər və ya həmən mərtəbəni kirayə verib öz yaşayışlarını yaxşılaşdırsınlar və s. 3- Mümkündür ki deyək həmin möminlər onlara zərər və ya cinləri cəlb etmək istəyirlər? Cinin əqli yoxdur və şəkk yoxdur ki, onlar evdə xeyir və bərəkəti istəyirlər bu zaman necə olur ki, hədislər qeyd edir ki, yeddi və ya səkkiz dirsəkdən hündür tikmək şeytanları cəlb edir və ya cinlər hazır olur və ya yaşayır? 4- Hədis İmam Sadiq (ə)-dan nəql olunur, kim evinin hündürlüyünü səkkiz dirsəkdən hündür etsə ayətül kürsünü yazsın, ayətül kürsü evdə şeytan və cinlərə mane olur, ayətəl kürsünü evə qoymaq vacibdir yoxsa nə qədər ki, o evdə ayətəl kürsünü evə qoymağa müxalif bir iş görməyibsə vacib deyil, və ayətül kürsü hər halda bərəkətdir və öz nəfsində təkrarlasa və oxusa, lakin onu evə qoymaq vacib deyil çünki şeytan və cinin evdə olmasından əmin deyil sizin rəyiniz nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım bu hədislərin hamısı əxlaq və nəfsi paklaşdırmaq üçün gəlib gərək onlara mültəzim olaq. Necə ki, xeyirxah alimlərimizin adətləri idi, necə ki şəkk yoxdur ki şeytanlar Qurandan möhkəm yapışan və ona izzət göstərən şəxsdən qaçır, çünki Allahu Təala mələkləri Qurandan möhkəm yapışan və ona izzət göstərən şəxsi himayət etmək üçün qərar verib. Binanın hündürlüyünü təyin edən hökmə isə şəri qadağa gələnə qədər təəbbüdən tabe olaq, və necəki binanın hündürlüyünü qeyd olunan miqdardan artığını qadağan edəndən məqsəd düşündüyün kimi binanı çox mərtəbəli tikmək deyil, əksinə ondan məqsəd yerlə səqfin arasındakı məsafədir, çünki ev məfhumundan o başa düşülür. Allah hidayət edən və biləndir.
Sual: 1- Kamil əl-Ziyarət kitabında qeyd olunan bütün kişilər siqədirlər yoxsa yalnız onun şeyxlərinin siqə olmasına kifayətlənilir? 2- Təfsir əl-Qumi kitabının bütün kişiləri siqədir yoxsa onun şeyxləri ilə kifayətləniləcək? Və yaxud təfsir mötəbər deyil?
Cavab: Allahın adı ilə, Hər ikisinində kəlamları yalnız öz şeyxlərini tovsiq etməkdə aşkardır. Allah daha yaxşı biləndir.
Sual: Hədisdə gəlib ki, Qastantiniyyəyə qoşun göndərəndə hədisin ardı var hədisdə deyilir ki, ayaqlarına bir şey yazıb suyun üzərində yeriyəcəklər onlar Onun səhabələridir özü necə olacaq: 1- Hədisə əsasən İmam Mehdi (ə f)-in qoşununun kəraməti olacaq ayaqlarına bir şey yazıb suyun üzərində yeriyəcəklər və bunun mənası onlar nə qədər ki, suyun üzərində yeridirlər onların cin və mələklərin üzərində təkvini vilayətin olmasını bildirir ya yox, çünki hədisin sonunda qeyd olunub Onlar Onun səhabələridir. O yəni İmam Mehdi (ə f) necə olacaq əzəmətli, yada deyəkki, cin və mələklər fəqət İmam Mehdi (ə f)-ə müsəxxər olublar? 2- Əgər möminlər kəramətlənib İmam Mehdi (ə f)-in dövlətində yaşasalar onlara su üzərində yerimək və ya cin və mələkləri müsəxxər etmək üçün vilayət veriləcək? Və ya bəzilərin dediyi kimi onlar cinlər ilə danışacaq və yaxud mələklər ilə danışıb görüşəcəklər və ya bu cür işlərə İmam Mehdi (ə f)-dan başqa heç bir şəxsin vilayəti olmayacaq, amma Onun qoşununun vilayəti az olacaq, çünki hədislərdə belə bir məzmunda qeyd olunubki, həqiqətən möminlərin eşitmə və görmə qabiliyyəti güclənəcək, görəsən görmə və eşitmə qüvvəsi güclənəndə cin və mələklər ilə danışma və suyun üzərində yerimə qüdrəti veriləcək?
Cavab: Allahın adı ilə, Ey övladım dediklərinin heç birinə hədis dəlalət etmir, yalnız hədis İmam (ə f) onlara bəzi kəlmələri bəxş edib və həmən kəlmələri ayaqlarına yazıb suyun üzərində yeriyəcəklər və oda onların Qastantiniyyə cəmiyyətinin üzərində heybətlərini artıracaq və onunla Allahın Əzəmətli Vəlisinə itaət edəcəklər. Sonra cin və mələklərin Ona (ə f) tabe olmalarını uzaq bilmirik, necə ki, bəzi hədislərdə artıq mələklər Bədr döyüşündə Peyğəmbər (s)-in səhabələrinə kömək ediblər və həmçinin də Allahu Təala Allahın peyğəmbəri Süleyman (ə) və başqa məsumlar üçün cinləri müsəxxər etdi. Həqiqət İmam Mehdi (ə f) zuhur edəndə məlum, kəşf olunacaq. Allah hidayət edən və biləndir.
Sual: Hədisdə, Həyat bulağından içən şəxs sur çalınana qədər yaşayacaq bu qeyd olunub, hekayədə Zil-Qarneynin Xızır (ə)-a dedi get qızardılmış bir balıq götür bulaqların birinə qoy əgər o balığ dirildisə həmən bulaq həyat bulağıdır, və Xızır (ə) durub qızardılmış balığı suya qoydu və balıq dirildi, və özünü suya atdı və sudan içdi və indiyə qədər həyatda yaşayır. Hədisin tamamı var: 1- Nə üçün İmam Zaman (ə f) həyat bulağından içməyib, Sur çalınana qədər yaşayardı, çünki İmam Mehdi (ə f) Xızır (ə)-dan daha əzəmətlidir, məruf budur ki, İmam Mehdi (ə f) illər hakimiyyət edib dünyasını dəyişəcək necə olur ki, Xızır (ə) ondan içir amma İmam Mehdi (ə f) ondan içmir? 2- Həyat bulağı indiyə qədər vardır, tarixə əsasən haradadır? 3- Xızır (ə)-ın içdiyi həyat bulağından şiələrdə içə bilər, yoxsa Xızır (ə)-a xass idi? və həmçinin Əhli-beyt (ə) nə üçün həyat bulağından içməyib hətta uzun müddət yaşayırdılar çünki Onlar Xızır (ə)-dan daha əzəmətlidir, Xızır (ə) haqda bəziləri peyğəmbər və bəziləri isə saleh şəxs deyir necə olursa olsun Əhli-beyt (ə) kimi deyil?
Cavab: 1/ Allahın adı ilə, Allahu təala İmam Zaman (ə f)-ə fəzilət verərək su içməmiş onun mübarək ruhunu yaradılandan indiyə qədər uca məqamlara yüksəldib. Sonra bilki uzun ömürlük fəqət şərəf deyil bəzi gözəl şəxslər bəzi məxluqat yaranmamışdan öncə indiyə kimi yaşayır və eləcədə Şeytan yaşayır yalnız əzəmətlik başqa səbəblərə görədir. Allah daha yaxşı biləndir. 2/ Allahın adı ilə, Bunu Allahdan başqa heç kim bilməz, məlum olan odurki, Musa (ə)-ın zamanına və Xızır (ə)-la görüşdüyü zamana qədər var idi. Allah hidayət edən və biləndir. 3/ Allahın adı ilə, İmamlar (ə) Allahın əmrlərini yerinə yetirirlər və əmr olunanları edirlər. Allah hidayət edəndir.
Sual: Həqiqətən mən sizin söyüşgən olmağınızdan acığım gəlir, bu hədis barəsində rəyiniz nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Onun (ə)-ın sözü Məsumların (ə)-ın övladlarından gələn hədislərlə tərcümə olunacaq (Mömin söyüş söyən olmaz), acığım gəlmək (kərahət) lüğətdə yəni nəfsin bir şeyə nifrət etməsi və ya onu sevməməsi. Allah alimdir.
Sual: Cənnət əl-Əman kitabında qeyd olunub, bu kitab mötəbərdir ya yox? Məsələn bir kişi Peyğəmbər (s)-ə şikayət etdi və dedi varlı idim indi kasıbladım və insanların yanında məqbul (hörmətli) idim indi isə nifrət olunuram ona Peyğəmbər (s) deyənə qədər davam etdi Peyğəmbər (s) buyurdu: Ola bilsin oturaq halda əmmamə qoyursan və ya əyaq üstə şalvar geyinirsən kişi dedi bunların heç birisini etmirəm Peyğəmbər (s) buyurdu Allahdan qorx və bu Fərəc duasını oxudu, Bismilləhir Rahmənir Rahim İlahi tumuhu əl-amal qad xabət illa lədəyk və muakif əl-humum, hədisi axıra kimi oxudu, hədis uzundur, və kişidə bu duanı oxudu əvvəlki halına qayıtdı. 1- Hədis səhihdir? 2- Bunun mənası həqiqətən bir kişi bu duanı oxusa insanların yanında əvvəlki halına qayıdacaq məqbul və kasıb olduqdan sonra varlı olacaq və ya bu şərt deyil? 3- Həmçinin oturaq halda əmmamə qoymaqla və ayaq üstə şalvar geyinməklə insanların yanında məqbul və kasıb və varlanmanın arasında nə əlaqə vardır? 4- Bilmirik ola bilsin insanlardan bəziləri bu işləri görürlər ayaq üstə şalvar geyinirlər və dırnaqlarını dişləri ilə tuturlar (qopardırlar) və s. Amma varlı olurlar kasıb olmurlar və insanların yanında sevilirlər?
Cavab: Allahın adı ilə, Əgər hədis sənəd baxımından səhihdirsə bu hədis ona kişinin başına gələn işlərin səbəblərini sayır, hədis bu işləri əgər tərk etsə hətmən varlı halına və itirdiyi izzət və kəramət halına yenidən qayıdacaq məqamında deyil. Gərək bilinsin ki, həqiqətən əxlaqı paklaşdırmaq üçün gələn hədisləri alimlər gözəl əxlaqa çalışmaq üçün gəlmiş Quran və mötəbər hədislərə əməl etmək üçün qəbul edirlər, o vaxta qədər əməl olunacaq ki, onların məzmunu şəri qadağalara şamil olmasın. Və qeyd olunan faydaların halətləri ilə başqalarının arasında fərq yoxdur. Allah daha yaxşı biləndir.
Sual: İbn Əbu Həmzə ən Sandəl, Davud bin Fərqəddən hədis nəql edir və o dedi: Əbu Əbdullah (ə)-ın evində oturmuşdum, uzun müddətli quruldayan Raubi göyərçininə baxdım, Əbu Əbdullah (ə) mənə baxıb buyurdu: Ey Davud bu quşun nə dediyini başa düşürsən? Dedim: Sənə fəda, Xeyir, And olsun Allaha buyurdu: İmam Hüseyn (ə)-ı şəhid edənlərə pis dua edir onu evdə saxlamağa götürün. 1- Hədis səhihdir? 2- Raibi quşu İmam Hüseyn (ə)-ı şəhid edənlərə pis dua edir?
Cavab: 1/ Allahın adı ilə, Bu hədisin əsl kökü Məsumlardan (ə) nəql olunan kəlmələrdə o formada gəlibki sənədinə baxmağa ehtiyac yoxdur. Allah alimdir. 2/ Allahın adı ilə, Əgər Məsum (ə) ondan sənə xəbər veribsə niyə şəkk edirsən. Allah hidayət edən və biləndir.
Sual: Hüseyn bin Bəstam Əli bin Səiddən,o da Muhəmməd bin Kəramədən,o da İmam Əbul-Həsən Musa bin Cəfər (ə)-dan hədis rəvayət edir ki, Ravi İmamın evində bir çüt göyərçin gördü, erkəyi (buğdayı rəngindən daha çox yaşıla bənzəyirdi) qəhvəyi yaşıl rəngli idi amma dişisi isə qara rəngli idi, yeməkdanın üzərində durub onlara çörək doğrayırdı və deyirdi: Onlar gecədən hərəkət edib məni ünsiyyətləşidirirlər (rahatlaşıdırırlar), elə bir gecə yoxdurki qalxanda hərəkət edəndə onlarla Allah evə ruhların daxil olmasını dəf etməsin. 1- Hədis səhihdir? 2- Göyərçin və quşlar ev əhlini rahatlaşıdırırlar? 3- Şərr ruhlar və ya cini qovurlar ola bilər hədisdə ruhlarlardan məqsəd bunlardır?
Cavab: 1/ Allahın adı ilə, Bu məzmunda gələn hədislər əgər bizim mötəbər kitablarımızda gəlsə onunla kifayətləniləcək. Allah daha yaxşı biləndir. 2/ Allahın adı ilə, Onda şəkk yoxdur, təcrübə ən gözəl dəlildir. Allah hidayət edən və biləndir. 3/ Allahın adı ilə, Hədislərin məzmununa əsasən şər ruhlardır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra