Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Niyə görə Abbasilər İmam Hüseyn (ə)-a Kərbəlada kömək etmədilər?
Cavab: Allahın adı ilə, Bil ki, ey oğul, İmam Hüseyn (ə) məsumdur. Allah ona nə əmr etdisə onu yerinə yetirdi. Onun tərk və yerinə yetirdikləri hamısı onun əmri ilədir. Bu cavab İmam Hüseyn (ə) və yolunun ən düzgün təfsiridir. Bundan başqa bütün zikr olunanlar hamısı zənndən əmələ gələn ictihadlardır. Allah daha yaxşı biləndir.
Sual: Deyilir ki, İmam Əli (ə) Peyğəmbərin bayrağdarı idi. Sualım bundan ibarətdir ki, İmam Əli (ə) müharibələrdə bir əli ilə bayrağı tutur, o, biri əli ilə döyüşürdü. Daha yaxşı olmazdı ki, bayrağı bir tərəfə qoyub iki əlli müharibə meydanında döyüşərdi?
Cavab: Allahın adı ilə, Görünür ey oğul, bayrağı necə tutulur bu barədə məlumatın yoxdur. Bayrağ döyüş meydanına daxil olanda əl də tutulur. Düşmənlə cəngə başlayanda isə, atın yəhərinə keçirilir. Əgər piyada olarsa, bayraq yerə batırılır. Necə ki, İmam Əli (ə) xeybər də bu cür etmişdir. Sonra bilki, bayrağın bütün hallarda əldə tutulması şərt deyildir. Bayraq əsgərlərin önündə gedən şəxsə verilir ki, ona hamı müharibə meydanında itaət etsin. Düşmənə yetişən zaman bayrağı saxlamaq vacib deyildir. Allah daha yaxşı biləndir.
Sual: İmam Səccad (ə) necə şəhadətə çatmışdır?
Cavab: Allahın adı ilə, İmam (ə) Bəni Üməyyənin əli ilə zəhərlənərək şəhid olmuşdur. Ətraflı Şeyx Baqir əl-Ğərəşinin və digər alimlərinin kitablarından baxa bilərsiz.
Sual: İmam Mehdi (ə.f) anası Nərcis Xatun nə zaman vəfat etmişdir. İmam Həsən Əskəri (ə) həyatda olarkən yoxsa şəhadətindən sonra vəfat etmişdir? Bu qadın İmam Həsən Əskəri (ə)-dən sonra təqib və həbslərə məruz qalan hamilə olduğunu iddia edən Seyqəldir? Yoxsa o, başqa qadındır?
Cavab: Allahın adı ilə, Rəvayətlərdən zahir olan budur ki, Nərcis Xatun İmam Həsən Əskəri (ə) həyat da ikən vəfat etmişdir. Rəvayətdə gəlmişdir ki, Nərciz Xatun İmamdan dua istəmiş, İmam Həsən Əskəri (ə) isə ona İmam Zaman (ə.f) barədə olacaq problemləri xəbər vermişdir. Bu bəzi ustadlarımızın dedikləridir. Məruf olan budur ki, Nərciz xatun İmam Həsən Əskəri (ə)-dan sonra vəfat etmişdir. Amma o, biri qadın, İmam Zaman (ə) anası deyildir. O, qadın sadəcə tövriyə edərək hamilə olduğunu iddia etmiş, bütün nəzərləri İmam Mehdi (ə.f)-dən öz üzərinə çəkmişdir. Çünki bəni Abbas o, vaxtı İmam Mehdi (ə.f)-in dünyaya hökm edəcəyini bildiklərindən ondan qorxurdular. Bilməlisiz ki, bu cariyə qadının çoxlu adları vardır. Bil ki, o, qadının adı rəvayətlərdə Suqeyldir. Seyqəl deyildir. Allah daha yaxşı biləndir.
Sual: Həzrəti Qasim ibn İmam Həsən (ə) Kərbəlada şəhid olmadan öncə evləndimi?
Cavab: Allahın adı ilə, Bu barədə mötəbər mənbələrimizdə bir xəbər yoxdur. Lakin mötəbər olmayan kitablar da bu barədə xəbərlər varid olmuşdur. Allah daha alimdir.
Sual: Şeyxlərdən biri Xədicə bintə Xuveylidin barəsində Peyğəmbər (s)-dən qabaq heç kimlə evli olmadığını dedi. Bu düz xəbərdir?
Cavab: Allahın adı ilə, Bu barədə iki xəbər varid olmuşdur. Onlardan biri budur ki, Xədicə bintə Xuveylid evli olmuş və birinci evliliyindən qızları olmuşdur. O, qızlar Peyğəmbər (s)-in tərbiyəsində böyümüş və Peyğəmbər (s)-lə izdivacından Xanım Zəhra (ə)-ı dünyaya gətirmişdir. Digər xəbər isə Xədicə bintə Xuveylid peyğəmbərdən öncə evli olmamış və Peyğəmbərlə evlənmişdir. O, qızlar isə Xanım Xədicənin bacısının qızları olmuş və Xədicə xanım onları himayəsinə götürmüşdür. Peyğəmbər (s)-in tərbiyəsi və nəzarəti ilə böyümüşdülər. Bu iki xəbər barədə heç bir şey demək mümkün deyil. Çünki iki xəbər barəsində varid olan hədislərin sənədi baxımından dəqiq bir söz demək mümkün deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra