Sual: Kərbəla ziyarətində olarkən, İmam Hüseyn (ə) və qardaşı Əbulfəzl Abbas (ə)-ı ziyarət edərkən ilk hansını ziyarət etmək daha fəzilətlidir?
Cavab: Allahın adı ilə, Ey oğul bilki, şəkk yoxdur ki, İmam Hüseyn (ə)-ın ziyarəti daha şərafətli və fəzilətlidir. Lakin zair cümə gecəsi ziyarət etmək istəyərsə, ilk olaraq məğrib namazını Əbulfəzl Abbasın hərəmində qılsın və daha sonra İmam Hüseyn (ə)-ın hərəminə daxil olsun. İmam Hüseyn (ə)-ın hərəminə daxil olmağını gecəyə saxlasın ki, cümə gecəsi İmam Hüseyn (ə)-ın ziyarətinin savabını əldə etsin. Amma İmam Hüseyn (ə)-ın hərəminə məğribdən öncə daxil olarsa, bu cümə gecəsinin ziyarətindən hesab olunmaz. Ancaq məğrib namazından sonra Ziyarətnamə oxunarsa bu cümə gecəsinin ziyarətindən hesab olunar. Ey oğul, bu yollardan hansını istəyirsən edə bilərsən. Allah hidayət edən və biləndir.