Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mən əliləm. Əllərim amputasiya olunub. Valideynlərimin köməyi ilə əl hərəkətlərimi edirəm. Namazım və dəstəmaz və paklığımı hətta istibranı belə onlar icra edirlər. Şəri cəhətdən vacib namazlarımı dəstəmaz və təharətsiz, qüsl və istibrasız yerinə yetirə bilərəm?
Cavab: Allahın adı ilə, Kiçik və böyük hədəs və xəbəsdən pak olmadan namaz səhih deyil. Bil ki, oğlum Allah sənə və valideynlərinə kömək olsun. Bil ki, sən və valideynlərinin bu çətin şəraitə səbr etməklərində böyük əcr və savab var. Qiyamət günündə Muhəmməd və Ali Muhəmmədin şəfaətini əldə edəcəksiz. Sən və valideynlərini bu ayə əhatə edir. (الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ) “Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!” Qiyamət günü məlaikələr sizləri cənnətin qapısında qarşılayar və deyərlər. Dünya evində səbr etdiyinizə görə sizə salam olsun. vəssəlam.
Əvvəl
1
2
Sonra