Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əqiqə duasını oxumaq vacibdir yoxsa dünyaya gəlmiş uşağın adını demək kifayət edər?
Cavab: Allahın adı ilə, Əqiqəni kəsən şəxs ya rivayət olunmuş duanı oxuyaraq damarlarını kəsməli və kəsəndə Allahu təala üçün kəsməlidir, kəsən şəxs belə deməlidir, Bismillah Allahu əkbər, və yaxud belə deyəcək, Ey Allahım bu heyvanı kəsirəm və filankəs tərəfindən əqiqə qərar verirəm sonra kəssin. Allah alimdir.
Sual: Əgər kişinin sonsuzluğu sabit olarsa, və onun xanımı hamilə qalıb uşaq dünyaya gətirərsə, bu zaman (uşaq yataq sahibinə nisbət verilir) qaydası ilə sabit olacaq yoxsa vələdi zina olmasına hökm olunacaq?
Cavab: Allahın adı ilə, Bil ey övladım çox vaxt sonsuzluq xəstəliyi olanlar uşaq dünyaya gətirirlər. Verilən sualda uşaq yataq sahibindəndir. Allah daha yaxşı biləndir.
Sual: Ər-Rəhman adını qoymaq icazəlidir? Əgər icazəli deyilsə müəyyən yoxsa qeyri müəyyənə və izafə olan surətədə şamildir?
Cavab: Allahın adı ilə, Ər-Rəhman adını istər müəyyən və ya qeyri müəyyən olmasına baxmayaraq Allahu təaladan başqasına şamil etmək (ad qoymaq) caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Əgər dul bir qadın yenidən evlənmək istəyirsə və onun birinci ərindən övladları varsa, şəri cəhətdən vəfat etmiş ərinin ailəsi, uşaqların babası və ya əmiləri uşaqları qadının əlindən almağına haqqları çatırmı? Bunu da bildirim ki, qadının ikinci əri uşaqlara baxmağı öz üzərinə götürür və bu vəzifəni layiqincə yerinə yetirir.
Cavab: Allahın adı ilə, Övladların uşaqlıq dövründə ananın yanında qalması vacibdir. Uşaqlıq dövrü isə viladətdən 7 yaşa qədərdir. Sonra isə baba qadından daha çox haqqa sahibdir. Uşaqların babası uşaqlıq dövründən və sonrasında uşaqların üzərində məsuliyyət daşıyır. Allah daha yaxşı biləndir.
Sual: Bir boşanmış qadının boşandığı yoldaşının uşaqları ilə görüşməsinə və maraqlanmasına qadağa qoymasının hökmü nədir?
Cavab: Allahın adı ilə, Qeyd olunan sual da qadının etdiyi haramdır. Ancaq şəri hakimin hüzurunda qadının öz uşaqlarına görə olan qorxu və nigarançılığı sübuta yetərsə mümkündür. Allah hər şeyi biləndir.
Əvvəl
1
2
Sonra