Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqdakı müqəddəs ziyarətgahlara Hindistan və Pakistandan olan zəvvarlardan ibarət nümayəndə heyətini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqdakı müqəddəs ziyarətgahlara Hindistan və Pakistandan olan zəvvarlardan ibarət nümayəndə heyətini qəbul etdi



20/1/2023



Ayətullah Nəcəfi (kölgəsi davamlı olsun) öz mübarək ofisində müqəddəs ziyarətgahları ziyarət etmək üçün İraqa gələn Pakistan və Hindistandan bir sıra möminlərlə görüşüb, hörmətli Mərcəi təqlid hazırkı nümayəndə heyətinə bir sıra dini məsləhətlər və göstərişlər verib.

Hörmətli Mərcəi təqlid pak imamların (s.ə) tərcümeyi-halından ibrət almağın, hikmətli quran ayələri üzərində düşünüb təfəkkür etməyin vacibliyini vurğuladı və İslamın bizə nə təklif etdiyini, günahlardan üz döndərərək və özünü hesaba çəkərək Allahu təalanın razılığını əldə etməyi vacib sayıb.

O, görüşdə iştirak edənlər üçün pak imamların hərəmlərinin ziyarətini, əməllərini qəbul etməyə, əmin-amanlıq və sağ-salamat ilə öz vətənlərinə dönmələri üçün Allaha dua etdi.

Nümayəndə heyəti, öz növbəsində, hörmətli Mərcəi təqlidin göstərişlərini yüksək qiymətləndirdi və hörmətli Mərcəi təqlidin cavab verməsi üçün bir sıra əqaid və şəri məsələlər üzrə suallar təqdim etdilər. Və Ona sağlamlıq və əmin-amanlıq arzu dilədilər.






Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla