Əbulfəzl Əbbasın (ə.s) hərəminin Kəşşafətul-Kəfil nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) göstərişlərindən ilham aldı

Əbulfəzl Əbbasın (ə.s) hərəminin Kəşşafətul-Kəfil nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) göstərişlərindən ilham aldı



11/2/2023


Əbulfəzl Əbbasın (ə.s) hərəminə bağlı Kəşşafətul-Kəfil nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) göstərişlərindən ilham aldı. Çünki hörmətli şeyx, İraq nemətləri və sərvətləri, pak imamların (ə.s) hərəmləri və övladlarının görkəmli ağılları ilə başqa ölkələrdən üstün və əhəmiyyətli olduğunu vurğuladı.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) əlavə etdi ki, İraq İslam dininin əsaslarını və Əhli-beyt (ə.s) düşüncəsini yayan alim və mütəfəkkirlər yetişdirmiş və yetişdirməkdə olan elmi mərkəzidə əhatə edir.

Ölkəni tərəqqi və firavanlığa çatdırmaqda, İraqın yaxşı və inkişafını arzu etməyən düşmənləri ilə qarşılaşmaqda öz xalqına çox güvəndiyini və buna yalnız əzm, iradə, öyrənmək, oxumaq, sədaqətlə və dinə mültəzim və Əhli-Beytə (ə.s) bağlılıqla nail ola biləcəyini təkidlə vurğuladı.

Hörmətli şeyx bir sıra dini və atalıq nəsihət və tövsiyələri verdi. Nümayəndə heyəti də öz növbəsində bu fürsətə görə təşəkkür və minnətdarlığını ifadə edərək, Allah təalaya dua etdi ki, mərcəi təqlidi İslama və müsəlmanlara xidmət etmək üçün qorusun.




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla