Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəminin nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hüzurunda

Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəminin nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hüzurunda



16/1/2024


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İmam Əmirəl-möminini (ə.s) ziyarət etmək və müctehidlər ilə görüş və onların atalıq nəsihət və məsələtlərini dinləmək üçün Nəcəful-Əşrəf şəhərinə gəlmiş Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəminin xidmətçilərindən ibarət bir nümayəndə heyətini qəbul etdi.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) çıxışının əvvəlində, uca məqamlı xanım Ummul-Bəninin (ə.s) İmam Hüseynə (ə.s) kömək və Muhərrəm ayının onuncu günündə onun hüzurunda şəhid olması üçün Əbəlfəz Abbasın (ə.s) fərqli tarixi cəhətlərini, onun tərbiyəsi, böyüməsi və yetişməsini bəyan etdi.

Hörmətli Şeyx təkidlə möminin öz dinində səmimi olmasının və Əhli-Beyt (ə.s) məzhəbinə mənsubluğunun, o cümlədən onun gündəlik həyat tərzində din, əqidə, əxlaq və şəri qaydalar əks olunmasının vacibliyini vurğulayaraq həqiqi dinin bariz misdaqı olmasını qeyd etdi.

Hörmətli Mərcəi təqlid görüşün sonunda bir sıra məsləhət və göstərişlər verdikdən sonra Yaradandan bütün möminləri və xüsusən də müqəddəs ziyarətgahların xidmətçilərin hifzi, müvəffəqiyyət və uğur qazanması üçün dua etdi.





Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla