Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) müqəddəs Ziyarətgahları ziyarət edən Küveyt nümayəndə heyətini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) müqəddəs Ziyarətgahları ziyarət edən Küveyt nümayəndə heyətini qəbul etdi



1/7/2023


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Küveyt Dövlətindən olan müqəddəs ziyarətgahlara gələn ziyarətçilərdən ibarət nümayəndə heyəti ilə söhbətində izah etdi ki, mömin bir neçə əlamətlə səciyyələnməlidir ki, Allah-Taalaya yaxınlaşsın, təqva pillələrinə çatsın. Onun mərhələlərində gözəl və ya sağlam əqidədə olmalı, Allaha, Peyğəmbərə və Əhli-Beytinə iman gətirməli, vacibatı yerinə yetirib böyük və kiçikliyindən aslı olmayaraq günahları tərk etməli və qəlbində Allahdan başqa heç kəs olmamalıdır. Onun bütün hərəkətləri, məskənləri və qəlbindəki fikirləri Yaradanına bağlı olmalıdır. Özünü Allahın qorxusundan, xəcalətindən hesaba çəkib, əməllərini eyblərdən təmizləməlidir. Çünki insanın qəlbi azğınlıq və günahlarla dolu olarsa, Uca Allahın qorxusunu hiss edə bilməz. Odur ki, günah işləməklə qaralanan qəlbləri Allahın rəhmətinə nail olmaq üçün pak etmək lazımdır.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) təkidlə vurğuladı kı, imam Əli (ə.s) “Əmirəl-möminin” (ə.s) ilə ləqəblənmişdir. Hər bir şiə öz təqvası ilə bu mənsubiyyəti sübut etməlidir.

Hörmətli Şeyx (kölgəsi davamlı olsun) Əhli-Beytin (ə.s) müqəddəs hərəmlərinin ziyarətinin qəbul olunması əlaməti fərdi və ya başqaları ilə rəftarında və əxlaqında müsbət dəyişiklik olduğunu vurğuladı. Hörmətli Şeyx izah etdi ki, bu dəyişiklik cəmiyyəti dəyişdirmək üçün əməli bir fürsətdir ki, hər bir fərd öz əməlləri, əxlaqı və sifətləri ilə Əhli-Beyt (ə.s) üçün həqiqi dəvətçi olsun.




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla