Biri İran İslam Respublikasından, digəri isə Pakistan İslam Respublikasından

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) iki nümayəndə heyətini qəbul etdi

Biri İran İslam Respublikasından, digəri isə Pakistan İslam Respublikasından



2/7/2023


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) iki nümayəndə heyətini ayrı-ayrılıqda qəbul etdi: Biri İran İslam Respublikasından, digəri isə Pakistan İslam Respublikasından.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) bir sıra atalıq və dini nəsihət və göstərişlərini, xüsusən də dini hökmlər, əqaid və əxlaqi mövzulara aid olanlarını təqdim etdi.

Hörmətli Şeyx, Nəcəful-Əşrəfin və ümumilikdə İraqın əhəmiyyət və varlığını, möminin qəlbinin əzəmətli Peyğəmbərə və onun pak Əhli-Beytinə bağlı olmasının vacibliyini vurğuladı. Əhli-Beytin (ə.s) əxlaq və göstərişlərini və onları daimi ziyarət etməyi xüsusuilə də uzaqdan ziyarət etməyi unutmamalıdır. Və mömin Əhli-Beyti (ə.s) ziyarət etməyi və davamlı olaraq onlara yönəlməyi unutmamalı hətta evinin damından İraqa və müqəddəs Kərbəlaya doğru üzünü çevirib ziyarəti yerinə yetirməlidir.

Qadın məsələlərinə gəlincə, Hörmətli Şeyx, qadınların iffət və paklıq hökmlərinə sadiq qalmalarının və hicabın bütün şərtlərinə riayət etmələrinin vacibliyini vurğuladı. Çünki gələcəyin formalaşmasında, uşaqların tərbiyəsində qadınların böyük əhəmiyyəti vardır.

O (kölgəsi davamlı olsun) dinləyicilərin suallarını cavablandırmaq üçün dinlədi və iki görüşün sonunda uca Yaradana, möminləri qoruması və əllərindən tutması (düz yola hidayət etməsi) üçün dua etdi.

Hər iki nümayəndə heyəti öz növbəsində Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun) atalıq məsləhət və göstərişlərinə və onlarla görüş üçün ayırdığı mübarək vaxta görə təşəkkür etdilər.






Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla