Əbəlfəz Abbasın (ə.s) hərəminin üzvlərindən ibarət nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) göstərişlərindən ilham alır

Əbəlfəz Abbasın (ə.s) hərəminin üzvlərindən ibarət nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) göstərişlərindən ilham alır



3/1/2024


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əbəlfəz Abbasın (ə.s) hərəminin işçilərindən bir qrup nümayəndə heyətini qəbul etdi. Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) özünün əhəmiyyətli göstərişlərində bu müqəddəs məkanı ziyarət etmək üçün lazım olan müvafiq ab-havanın təmin edilməsinin vacibliyini vurğuladı. Xüsusən də dünyanın müxtəlif ölkələrindən çoxlu ziyarətçilər İmam Hüseyn (ə.s) və qardaşı Əbəlfəz Abbasdan (ə.s) təbərrük aparmaq və ziyarət etmək üçün gəlirlər.

Bu məkanda xidmət etməyin onun sahibinə, ata-anasına, övladlarına şərəf olduğunu vurğulayaraq, onlara və pak İmamların hərəmlərində çalışan hər kəs üçün cansağlığı, uğur və Qiyamət günü şəfaət tapmaları üçün dua etdi.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) Siddiqeyi Tahirənin (ə.s) mövludunun ildönümü münasibəti və bütün münasibətlərlə əlaqədar hər kəsi təbrik edərək, onun pak həyat yolundan bəhrələnərək və cəmiyyəti və övladları düzgün tərbiyəyə yönəltmək üçün istifadə etmək lazımdır.

Nümayəndə heyəti, öz növbəsində hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) nəsihət və göstərişlərini yüksək qiymətləndirərək təşəkkür etdi.





Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla