Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndə heyəti İraq şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq Quran proqramında iştirak etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndə heyəti İraq şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq Quran proqramında iştirak etdi



2/1/2024


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhəri, Mədinə qəsəbəsindəki nümayəndə heyəti İmam Rzanın (ə.s) müqəddəs hərəminin nümayəndə heyətinin iştirakı və "Əşərətul-Fəcr" Quran proqramı çərçivəsində İraq şəhidlərinin ruhunu rəhmətlə anmaq məqsədilə Quran forumunda iştirak etmişdir.

Seyid Muhəmməd Sabit Cabiri deyib: “Bu iştirak cihad fətvasının əməliyyatları zamanı öz torpaqlarını terrorçu İŞİD-in çirkabından azad etmək üçün öz qanlarını fəda etmiş fədakar İraq şəhidlərinin fədakarlıqlarının yad edilməsi çərçivəsində həyata keçirildi".

Hörmətli seyid Cabiri sözünə davam edərək dedi: “Mərcəi təqlidin (kölgəsi davamlı olsun) ümayəndə heyəti və Müqəddəs imam Rza (ə.s) ziyarətgahından olan nümayəndə heyətin iştirakı ilə bu forumlarda iştirak edərək, qiraətin savabını şəhidlərin ruhlarına bağışladığını vurğuladılar".

Seyid Cabiri bu Quran forumlarında iştirakçıların səylərini yüksək qiymətləndirərək, İslam xalqlarını daha çox birliyə, xüsusilə də işğal olunmuş Fələstini müdafiə edənlərə dəstək verməyə çağırıb.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla