Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın daxilindən və xaricdən gələn nümayəndə heyətlərini qəbul etdi
29/12/2023
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) onun tövsiyələrini və atalıq göstərişlərini dinləmək üçün İraq daxilindən və xaricdən gələn nümayəndə heyətlərini qəbul etmişdir. Fərdi mömin özünü və həyat yolunu əməllərinin ölçüsünə çevirən bir yola çevirməlidir. O yolun təqva olduğunu vurğulayaraq, Allahın dünya və axirət yaxşılığı üçün bizlər üçün nəzərdə tutduğu bu əxlaqı övladlarlmıza və gələcək nəsillərimizə çatdırmağın zəruriliyi vurğulayarq cəmiyyətimizi bu gün və sabah bürüyən uçuruma tab gətirə bilən nəsil yetişdirilsin. Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) belə buyurdu: “İnsanın namaz, oruc, Hüseyni ayinlərini yerinə yetirmək kimi gördüyü bütün əməlləri yalnız Allah-taala təqvalılardan qəbul edir və bütün əməllərin qəbulu təqva və Allaha ixlasla bağlanan əməllərdir".
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) izah etdi ki, imam Əmirul-möminin (ə.s) təqvalıların imamıdır və onun şiələrinə, tərəfdarlarına və aşiqlərinə dünya və axirətdə qayğısını, inayətini və şəfaətini qazanmaq üçün təqvalı olmaq vacibdir.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) insanın öz nəfsini hesaba çəkməyin vacibliyini dərk etməsinin zərurətini vurğuladı. Çünki bu, xəta və günahlardan çəkinməyin yolu və bəndənin xətasını islah etmək üçün bir vasitədir. O bəndənin həyatını hidayət yoluna və Allaha yaxınlaşdırmaq üçün islahat vasitəsidir.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) çıxışında vurğuladı ki, Əhli-Beyt imamlarının (ə.s) məzarlarının ziyarətinin qəbul edilməsinin əlaməti fərdin ailədən tutmuş cəmiyyətə gündəlik həyatında davranış və əməllərində dəyişiklik etməli və cəmiyyətin dəyişdirilməsi və islahtı üçün nümunə olmalıdır.