Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hörmətli əllamə seyid Həsən Nəsrullahın (Allah ruhunu şad etsin) şəhadəti ilə bağlı bəyanatı
28/9/2024
Nömrə: 867
Tarix: 24 Rəbiul-əvvəl 1446 h, 28.09.2024 m.
Bismilləhir-Rahmənir-Rahim
Allah-taala buyurur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər".
Uca və əzəmətli Allah doğru buyurdu.
Dərin kədər və üzüntü ilə, müqavimətin lideri, mücahidlərin fəxri, şəhidlər sərvəri İmam Hüseynin (ə.s) nəvəsi, mücahid alim seyid Həsən Nəsrullahın (Allah ruhunu şad etsin) şəhadəti ilə əlaqədar İmam Zaman ağaya (ə.f) başsağlığı veririk.
Dövrümüzün fironları, peyğəmbərlərin (ə.s) qatillərinin övladlarının əli ilə əldə edilmiş və ən gözəl yoldaş olan pak əcdadlarına (ə.s), siddiqlərə, şəhidlərə və salehlərə qovuşmaq üçün həmişə arzuladığı şəhadətə nail olmasına görə xanım Zəhra (ə.s) balasını təbrik edirik.
Dünyanın azad insanları bilməlidirlər ki, mücahid seyidin qanı boşa getməyəcək, Allahın izni ilə bu qan zəfərə açılan qapı olacaqdır. Allahın bərəkəti ilə müsəlmanların zəfəri gələcəkdir. Əmirul-möminin imam Əlidən (ə) nəql olunur: "Qılıncla yaşayanlar başqalarından daha çox yaşayır və daha çox uşaq sahibi olurlar".
Biz bu kədərli müsibəti Allahın izni ilə möhkəm ürəklə qəbul edirik. Onun həyat yolunu, fədakarlıqlarını və şəhadətini bir hidayət çırağı kimi götürmələrini möminlərə tövsiyə edirik. Necə ki, o da Allaha güvənən, dinlərində və dünyalarında yalnız Ona tərəf yönələn pak əcdadlarının (ə.s) yolu ilə gedirdi.
Onun dəyərli ailə üzvlərinə xüsusi və səmimi başsağlığımızı çatdırır, bu müsibətdə onların və bizim qəlblərimizi birləşdirməsi və onun dərəcələrini ən yüksək səviyyələrə ucaltması üçün uca Allaha dua edirik.
Əzəmətli və uca Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur.
Şeyx Bəşir Hüseyn Nəcəfi
Nəcəful-Əşrəf