Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəliyi məktəb şagirdləri üçün yay kursları keçirməyə davam edir
25/6/2023
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Deyrə qəzasındakı nümayəndəliyi məktəb şagirdləri üçün yay kurslarının keçirilməsinə davam edir.
Şeyx Müsənna Rubeyi bildirdi: “Şagirdlərin təhsil dövründə müxtəlif fəaliyyətlərdə iştirak etmələrinə baxmayaraq, yay tətilindən səmərəli istifadə etmək üçün onlara dini kurslar və fəaliyyətlər təşkil etmək vacibdir. Bu, yay dövrünün əhəmiyyətini artırır”.
O əlavə etdi: “Məktəb tətillərini ən yaxşı şəkildə dəyərləndirmək və bu kurslarda fəal iştirak etmək ən yaxşı işlərdən biridir. Bu kurslar Həzrət Ayətullah Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin tövsiyələri əsasında hazırlanmışdır və ümid edirik ki, bu kurslar elmi və mədəni bilikləri zənginləşdirəcək, şəxsi inkişafa təşviq edəcək və övladlarımızın ehtiyac duyduğu şəriət hökmlərinin əhəmiyyətini başa düşmələrinə kömək edəcəkdir”.
Şeyx Rubeyi bu kursların uğurla həyata keçirilməsi üçün böyük səylər göstərən alimlərin və müəllimlərin zəhmətlərini yüksək qiymətləndirdi.