Neynəva şəhərində Mübarək Ramazan ayında moizə və irşad məclisləri keçirilir və Möminlərin anası Həzrət Xədicə Kübranın (s.ə) vəfatı anılır
18/3/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi Ramazan ayı münasibətilə moizə və irşad məclisi təşkil edib. Məclisdə Möminlərin Anası Həzrət Xədicə Kübranın (s.ə) vəfatı anılıb.
Şeyx Həsən Tai, Həşdi-Şəbinin mücahid xüsusi briqada düşərgəsindəki qəhrəman fətva əsgərlərinin geniş iştirakı ilə keçirilən bu Ramazan məclisində çıxış edərək bildirib ki, bu mübarək ay Allah-taalanın nazil etdiyi bərəkət və ilahi lütflərdən faydalanmaq üçün böyük bir fürsətdir. O vurğulayıb ki, bu ayda ibadətlərin yerinə yetirilməsi ciddi zəhmət və səbir tələb edir, lakin bu zəhmət Allahın rizasına və axirət səadətinə çatmaq üçün dəyərlidir.
Şeyx Tai çıxışında qeyd edib ki, şəriət tərəfindən aydın şəkildə izah edilən bir çox ibadi əməllərin əhəmiyyəti böyükdür və bunları yerinə yetirmək insanın mənəvi yüksəlişi üçün vacibdir. Allahın bu ayda bəxş etdiyi bolluq və ilahi bağışlar, ibadət və təfəkkürün böyüklüyünü, Onun yaxınlığına dönməyi və nəticə olaraq Onun rizasını qazanmağın əhəmiyyətini göstərir ki, bu da insanın hər iki dünyadakı səadətidir.
Şeyx Tai məclis zamanı xanım Xədicə Kübranın (s.ə) vəfatını da xatırladaraq, onun İslam dininin ucalması və Allahın kəlamının yayılması uğrunda göstərdiyi fədakarlıqları önə çəkib. O, həyatını və malik olduğu hər şeyi İslamın inkişafı yolunda fəda etdiyini qeyd edərək sözlərini belə tamamlayıb: “Doğulduğu, vəfat etdiyi və Allahın rizasına qovuşaraq dirildiləcəyi gün ona Salam olsun ".