Ayətullah Əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Quranın düzgün tilavətinin və valideynlərə hörmətin vacibliyini vurğulayıb

Ayətullah Əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Quranın düzgün tilavətinin və valideynlərə hörmətin vacibliyini vurğulayıb



28/3/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdə yerləşən "İslam Elmləri Məktəbi / Quran Mərkəzi"nin müəllim və şagirdlərindən ibarət bir heyəti qəbul edib. Bu mərkəz Hind yarımadasından olan uşaqlara təhsil və tərbiyə xidməti göstərir.

Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) Quranla "dostluq etməyin" zəruriliyini vurğulayaraq belə deyib: “Quranı həyatınızın bir hissəsinə çevirin və Quran mühitində yaşayın”. O, həmçinin hərflərin məxrəclərinin düzgün tələffüzünün vacibliyini qeyd edərək xəbərdarlıq edib ki, “səhv tilavət, xeyir əvəzinə əzab səbəbi ola bilər".

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) valideynlərə itaətin önəmini də vurğulayıb və şagirdlərə belə tövsiyə verib: “Ananızın məhəbbətini qazanmağa çalışın, çünki ana duası övladlar üçün qəbul olunur”. O, əlavə edib ki, “valideynlərə hörmətin gücləndirilməsi sizin ucalığınıza səbəb olar".



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla