Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrə şəhərində keçirilən müqəddəs Quran yarışmasında – hifz, tilavət və təcvid üzrə – iştirak edib
28/3/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Quranın hifzi, tilavəti və təcvidi üzrə keçirilən müqəddəs yarışmada iştirak edib.
Seyid Muhəmməd Cabiri bildirib: “Nümayəndəlik bu mübarək yarış və məclislərdə iştirak etməyə böyük önəm verir. Bu, Quran yolunun dəstəklənməsi, Quran şüurunun artırılması və onun düzgün yoluna əməl edilməsinə xidmət edir".
O, çıxışı zamanı qeyd edib ki, bu iştirak müxtəlif Quran sahələrində təcrübə və bilik mübadiləsi aparmaq, mərkəzlər və Quran xidmətində olan qurumlar arasında əməkdaşlığı gücləndirmək məqsədilə həyata keçirilir.
Seyid Cabiri, bu iştirakların davamlı və müxtəlif Quran fəaliyyətləri çərçivəsində gerçəkləşdiyini vurğulayaraq, məqsədin Allah-taalanın kəlamının tilavətini gücləndirmək və onun imani və mədəni dəyərlərini yaymaq olduğunu bildirib.