Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) müttəqi alim Şeyx Cavad Dəndənin vəfatı münasibətilə başsağlığı bəyanatı
6/4/2025
Tarix: 5 Şəvval 1446 hicri – 4 aprel 2025-ci il.
Bismilləhir-Rahmənir-Rahim
Göstərdiyi imtahanlara görə Allaha həmd, verdiyi nemətlərə görə Ona şükürlər, aləmlərə rəhmət olaraq göndərilən Muhəmməd ibn Abdullah və onun pak, seçilmiş Əhli-beytinə salavat və salam, onların bütün düşmənlərinə daimi lənət olsun.
Hədisi-şərifdə buyurulmuşdur:
"Alim öldükdə, İslamda bir boşluq yaranar ki, Qiyamət gününə qədər heç bir şey onu doldura bilməz".
Böyük təəssüf və kədər hissi ilə İslam alimlərindən və Nəcəful-Əşrəfdəki dini hövzənin məzunlarından biri olan, müttəqi, zahid, fəzilətli Şeyx Cavad Dəndənin (r) uca Rəbbinə qovuşması xəbərini aldıq. O, uzun ömrünü Əhsa bölgəsindəki dini hövzənin xidmətinə həsr etmişdi. Bu dəyərli xidmətlərin bəhrəsi olaraq arxasında zəngin bir elmi irs, fəzilətli alimlər və dini elmlər tələbələri qoyub getdi.
Bu münasibətlə ilk olaraq, başsağlığımızı Allahın böyük vəlisi imam Zamana (ə.f), mərhumun ailəsinə, dini hövzələrə və bütün Əhli-beyt (ə.s) sevərlərə bildiririk. Uca Allahdan mərhuma rəhmət diləyir, onu məsum imamları (ə.s) ilə birgə həşr etməsini və ailəsinə, yaxınlarına səbir və təskinlik verməsini istəyirik. Həqiqətən O, Eşidən və Cavab verəndir.
Və la həvla və la quvvətə illa billahil-əliyyil-azim.