Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Mübarək Fitr bayramı münasibətilə təbrikə gələn mömin heyətləri qəbul etdi
2/4/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Şeyx Əli Nəcəfi, İraqın müxtəlif şəhərlərindən, həmçinin bir sıra ərəb, İslam və Körfəz ölkələrindən gələn mömin heyətləri qəbul etmişdir.
Heyətlər, Mübarək Fitr bayramının gəlişi münasibətilə hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinə təbriklərini təqdim etmək və Nəcəful-Əşrəfdəki mərcəi-təqlidlərin nəsihət və tövsiyələrini dinləmək üçün gəlmişdilər.
Şeyx Əli Nəcəfi, bir sıra dəyərli nəsihət və istiqamətləndirici fikirlər səsləndirdi. Onların ən önəmlilərindən biri İslam cəmiyyətində İslami kimliyin, İraq cəmiyyətində isə İraq kimliyinin qorunması idi. O, bizim sivilizasiyamızdan və dəyərlərimizdən uzaq olan mədəniyyətlərin cəmiyyətimizə yeridilməsi üçün aparılan planlardan xəbər verərək buna qarşı diqqətli olmağı tövsiyə etdi.
Hörmətli Şeyx Əli Nəcəfi, mərcəi-təqlidlərin ofislərinin qapılarının gənclər üçün açıq olduğunu vurğuladı. Belə ki, bəzi məqsədli media və sosial şəbəkələrin İslami dəyərlərə qarşı yönəlmiş şübhə və saxtakarlıqlarına cavab vermək üçün gənclərin gerçəkləri tanıması vacibdir. O, İslamın dəlil və elmi əsaslara söykəndiyini və əgər biz Quran və Peyğəmbər Əhli-beytinə (ə.s) möhkəm sarılsaq, bu doğru İslam inancının sarsılmaz qalacağını bildirdı.
Sonda, şeyx möminlərin bir sıra suallarını cavablandırdı və hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamlarını, tövsiyələrini və dualarını bütün möminlərə çatdırdı.