Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), əllamə Şeyx Ənvər Əli Nəcəfini qəbul etdi
31/3/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Pakistan üzrə nümayəndəsi, Höccətülislam vəlmuslimin alim Şeyx Ənvər Əli Nəcəfini qəbul etmişdir.
Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Şeyx Ənvər Əlinin atası – mərhum alim Şeyx Mühəssin Əli Nəcəfinin (r) elmi fəaliyyətlərini və onun təqdim etdiyi böyük xidmətləri xatırlamış, Uca Allahdan onun dərəcəsini ucaltmasını diləmişdir..
Həmçinin hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Şeyx Ənvər Əli Nəcəfiyə uğurlar və müvəffəqiyyətlər arzulamış, onu mərhum atasının yolunu davam etdirərək ümmətə və cəmiyyətə xidmət göstərməyə təşviq etmişdir. O, belə buyurmuşdur:
"Duam budur ki, Allah səni və bütün qardaşlarını bu yolun davamı üçün müvəffəq etsin və dini və cəmiyyəti xidmət yolunda sabitqədəm qərar versin".