Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsinin himayəsi ilə Bəsrənin Feyha bölgəsində Bəqi qəbiristanlığının dağıdılması ildönümünün anım mərasimi olaraq Qurani-Kərim məclisi keçirilib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsinin himayəsi ilə Bəsrənin Feyha bölgəsində Bəqi qəbiristanlığının dağıdılması ildönümünün anım mərasimi olaraq Qurani-Kərim məclisi keçirilib



10/4/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə rayonundakı nümayəndəsi tərəfindən Bəqi qəbiristanlığının dağıdılması xatirəsinə həsr olunmuş Qurani-Kərim məclisi təşkil olunub.

Bu kədərli münasibətlə çıxış edən Seyid Muhəmməd Cabiri belə deyib: “Bu mübarək Qurani məclis İmamlarımızın (ə.s) qəbiristanlığının dağıdılmasının xatirəsini yaşatmaq məqsədilə təşkil olunmuşdur. Bu hadisə İslam dünyasını sarsıtmış, o möhtəşəm günbəzləri və ziyarətgahları bərbad hala salaraq, bir vaxtlar gözəllik, izzət və İslamın ucalığının simvolu olan yerləri çılpaq və boş torpaqlara çevirmişdir. Vəhhabilər həmin müqəddəs torpaqlarda çox pis nümunə göstərdilər".

O əlavə edib: “Çıxışımız zamanı, biz qəbirlərin inşası və abadlaşdırılması məsələsində Quran və rəvayət əsasında olan dəlillərə toxunduq. Bu, orada dəfn olunan saleh və mömin şəxslərin ucaldılması və təqdir edilməsinin bir formasıdır. Allah onları gözəl dostlar olaraq təqdim etmişdir".

Seyid Cabiri çıxışında onu da bildirib ki, bütün dünyada möminlərin və tövhid əhlinin həyatında qəbirlər üzərində inşa edilmiş məkanlar olmuşdur və bu, həmin şəxsə hörmət və onunla bərəkətlənmək məqsədi daşımışdır. Bunun bariz nümunəsi isə “Əshabi-Kəhf”in məscididir. Belə ki, onların qəbirləri hörmət və ehtiramla qarşılanaraq, üzərində məscid tikilmişdir və bu məkan ucaldılmış, müqəddəs bir yerə çevrilmişdir.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla