Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərindəki nümayəndəsi şəhərin mərkəzində dini moizələrini davam etdirmiş, Kərbəla faciəsini və Hüseyni qiyamın baş verdiyi hadisələri yada salmış, bu qiyamın uca İslam dini üçün göstərdiyi böyük xidmətlərə diqqət çəkmişdir

5/7/2025

Moizələrindən birində Seyid Əziz Umeydi İslam ümmətinin Hüseyni qiyamı və onun tarixi nəticələri haqqında dərin bir şüura malik olmasının vacibliyini vurğulamışdır. O, qeyd etmişdir ki, imam Hüseyn (ə.s) Əməvilərə qarşı duraraq, insanlıq əleyhinə törədilmiş ən vəhşi cinayətlərə – qan tökmə, namusların təhqiri, fəsadın yayılması və haqsız qətl və didərgin salmalara qarşı çıxdı.

Əlavə edib ki, imam Hüseynin qiyamı (ə.s) zülm və istibdada qarşı böyük bir islahat hərəkatıdır, haqq və ədalət uğrunda fədakarlığın əbədi bir simvoludur, və ali insani dəyərlərin təcəssümüdür. Bu mübarək qiyam peyğəmbərlik yolunun davamı, İslamın əsl prinsiplərinin müdafiəsi və müsibətlər qarşısında səbir və müqavimətin əhəmiyyətinin təsdiqidir.

Çıxışının sonunda Səyyid Umeydi, İmam Zamana (ə.f), Mərcəi təqlidlərə, İslam ümmətinə, xüsusilə də Əhli-beyt (ə.s) davamçılarına imam Hüseynin (ə.s) Aşura şəhadətinə və qanın qılınc üzərindəki qələbəsinə görə başsağlığı verib.

Telegram kanalına üzv ol

Göndər
Çap et
Yadda saxla