Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi, Misan şəhərində Muhərrəm ayı boyunca imam Hüseynin (ə.s) müsibətini yad etmək məqsədilə İslami moizələr və Hüseyni əza məclislərinin təşkilini davam etdirmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi, Misan şəhərində Muhərrəm ayı boyunca imam Hüseynin (ə.s) müsibətini yad etmək məqsədilə İslami moizələr və Hüseyni əza məclislərinin təşkilini davam etdirmişdir



5/7/2025


Məclislərdən birində Seyid Muhəmməd Buxati bildirib ki, imam Hüseyn (ə.s) öz mübarək qiyamının əsas məqsəd və prinsiplərini bu sözlərlə açıqlamışdır:

“Mən nə azğınlıq, nə təkəbbür, nə fəsad, nə də zülm etmək üçün çıxdım. Mən sadəcə babam Rəsulullahın (s) ümmətini islah etmək üçün çıxdım. Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək və babamın və atam Əlinin (ə.s) yolu ilə getmək istəyirəm”.

O qeyd edib ki, imam Hüseynin (ə.s) səsləndirdiyi islahat çağırışı ümmətin gələcəyinə yönəlmiş uzaqgörən bir baxışı ehtiva edirdi. Bu gələcəyə çatmağın yalnız fədakarlıq və şəhadət yolu ilə mümkün olduğunu İmam (ə.s) dərindən anlayırdı və Kərbəla torpağına ayaq basdığı andan etibarən bu istiqamətdə hərəkət etmişdi.

Seyid Buxati əlavə edib ki, imam Hüseynin (ə.s) qiyamı – övlad, mal və can kimi insanın ən sevdiyi şeylərdən keçməklə edilən fədakarlıqları ehtiva etməsi baxımından – Əməvi istibdadına və zülmünə qarşı ciddi bir çağırış idi. Bu qiyam İslamın doğru yoluna əsaslanan, ədalət və bərabərliyin bərqərar olmasını hədəfləyən ali bir insani hərəkat idi.

Çıxışının sonunda Seyid Buxati, imam Zamana (ə.f), mərcəi-təqlidlərə, İslam ümmətinə və xüsusilə də Əhli-beyt (ə.s) davamçılarına imam Hüseynin (ə.s) şəhadətinə və qanın qılınc üzərindəki əbədi qələbəsinə görə başsağlığı verib.

 


Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla