Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) iştirakı və hörmətli hövzə alimlərinin hüzuru ilə Nəcəful-Əşrəfdə “Onuncu İllik Fatimiyyə” yürüşü keçirilmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) iştirakı və hörmətli hövzə alimlərinin hüzuru ilə Nəcəful-Əşrəfdə “Onuncu İllik Fatimiyyə” yürüşü keçirilmişdir



5/11/2025


Nəcəful-Əşrəf – Mətbuat xidməti

Bu gün Nəcəful-Əşrəf şəhərində “Onuncu İllik Fatimiyyə” yürüşü böyük izdihamla keçirilmişdir. Yürüşdə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), hövzə elmi nümayəndə heyətləri, çoxsaylı möminlər, əşirə nümayəndələri, Hüseyni mövkib xidmətçiləri və bir sıra ölkələrdən gəlmiş ziyarətçilər iştirak ediblər.

Yürüş hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisindən başlayaraq imam Əlinin (ə.s) müqəddəs hərəminə doğru davam etmişdir. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) şəxsən yürüş iştirakçılarının önündə hərəkət edib. Bu genişmiqyaslı dini tədbir Xanım Fatimətuz-Zəhranın (s.ə) xatirəsinin yaşadılmasına və Əhli-beytə (ə.s) məhəbbət və sədaqətin möhkəmləndirilməsinə dərin diqqətin ifadəsi olub.

Yürüş çərçivəsində Qurani-Kərimdən ayələr oxunub, Xanım Zəhranın (s.ə) uca məqamını və onun başına gələn tarixi müsibətləri əks etdirən şeirlər səsləndirilib. Mərasim iman dolu, təvazökar və dərin mənəvi ab-havada keçmişdir.

Tədbirin sonunda imam Əlinin (ə.s) müqəddəs hərəmində əza məclisi təşkil olunub. Burada dini nümayəndələr və ziyarətçilər Xanım Zəhranın (s.ə) həyatında baş vermiş hadisələri yad ediblər. Mərasim imam Əlinin (ə.s) müqəddəs hərəminin ziyarəti və İmam Zamana (ə.f) başsağlığı təqdim olunması ilə yekunlaşmışdır.























Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla