Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Xahiş edirəm mömin bir şəxs öz iradəsi ilə əzalarından göz, ciyər və böyrək kimi birini öldükdən sonra başqasına bağışlaya buda qanun çərçivəsində başqa bir insana əkilir, bu barədə rəyinizi və ya fətvanızı mənə bildirəsiniz, bu caizdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən insan öldükdən sonra cismi onun mülkündən çıxır, və buna görədə diri insanın öldükdən sonra əzalarını başqa insana nəql etmək üçün razılıq və qəbul etməsinin heç bir dəyəri yoxdur, və ona bəzi əzalarını vəsiyyət edib başqa insana bağışlamaq caiz deyil çünki meyyitin cismində vilayət İmam (ə)-ın dır və meyyitin vərəsələrinin razılığının heç bir dəyəri yoxdur, Amma öldükdən sonra əgər müsəlman deyilsə ondan əzaları nəql etmək caizdir, və əgər müsəlmandırsa caiz deyil, yalnız şiə bir müsəlmanı hətmi ölümdən qurtarmaq və ya buna bənzər üçün olar və meyyitdən üzvü kəsmək üçün diyə sabit olacaq və onuda İmam Mehdi (ə f)-ə veriləcək və meyyitin vərəsələrinə verilməyəcək. Allah alimdir.
Sual: İnsanın 2 sağlam böyrəyi var. Böyrəyinin birini pul müqabilində verməsi caizdir?
Cavab: Allahın adı ilə, Əgər həlak olmasına səbəb olmayacaqsa caizdir. İnsan nə qədər ki, həyatdadır öz orqanlarını bağışlaya və sata bilər. Amma öldükdən sonra insanın üzvlərini satmaq və bağışlamaq caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Niyə görə ölümdən sonra əzaları satmaq və bağışlamaq icazəli deyildir?
Cavab: Allahın adı ilə, İnsan nə qədər ki, həyatdadır, özünü həlak və həlak edici xəstəliyə salmayacaq əzalarını sata və bağışlaya bilər. Bil ki, insan öldükdən sonra onun cismi öz mülkiyyətindən çıxır. Öz ölümündən sonra əzalarının bağışlanmasını vəsiyyət etmək caiz deyildir. Meyyitin bədəni üzərində olan vilayət İmam (ə.f) aiddir. Onun qeybət dövründə isə mərcei təqlid müctəhidlərə aiddir. Meyyitin vərəsələrin bu işə razı olmasının isə bir təsiri yoxdur. Əgər ölümündən sonra nəql olunan üzv qeyri müsəlmanın olarsa bu caizdir. Amma müsəlman üzvü olarsa caiz deyil. Yalniz bir şiə müsəlmanın həyatının xilası o, üzvün nəqlindən aslıdırsa həmin müsəlmandan ayrılan orqanın diyəsi verilməlidir. Həmin diyə isə İmam malı hesab olunacaq. Meyyitin varislərə həmin diyə verilməyəcəkdir. Allah daha yaxşı biləndir.
Sual: Orqan nəqli sahəsində işləmək caizdirmi?
Cavab: Allahın adı ilə. Şəri qadağalara əməl olunursa caizdir. Allah daha yaxşı biləndir.
Sual: Bacımın səhhətinin ağır olduğunu nəzərə alaraq, ona böyrəyimi bağışlamağım caizdirmi? Həkimlərin dediyinə görə, bu əməliyyatı etsəm, sağlamlığıma ciddi bir zərər dəyməyəcək və bacımın təcili böyrək nəqlinə ehtiyacı var.
Cavab: Allahın adı ilə. Caizdir. Sən böyük əcr və savab əldə etmiş olarsan. Allah daha yaxşı biləndir.
Sual: Bir nəfər kliniki ölüm keçirdikdən sonra onun əli illərdir əli olmayan bir şəxsə nəql edildi. Bu əməliyyat İranda uğurla həyata keçirildi. Əməliyyatı həyata keçirənlər digər orqanların da nəqlinin mümkün olduğunu vurğuladılar. Bu cür əməliyyatlar şəriət baxımından icazəlidirmi?
Cavab: Allahın adı ilə. İnsanın ölümündən əvvəl və ya ölümün yaxınlaşdığı vaxtda, onun razılığı ilə əməliyyat həyata keçirilərsə, bu əməliyyat caizdir. Ölümündən sonra üzvün nəqli məsələsinə gəlincə, əgər üzv qeyri-müsəlman şəxsdən alınmışdırsa, bu da caizdir. Lakin üzv müsəlmandan alınmışdırsa və bu əməliyyat yalnız şiə bir müsəlmanın həyatını xilas etmək üçün zəruridirsə, həmin müsəlmandan alınan orqanın diyəsi ödənilməlidir. Bu diyə İmam malı hesab ediləcək və meyitin varislərinə verilməyəcəkdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra