Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qadının ərindən icazə alıb spiral taxdırması caizdirmi?
Cavab: Allahın adı ilə. Qadın və kişi razı olsalar belə şəri cəhətdən spiral taxdırmaq caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Spiral döllənmiş yumurtaya zərər verirmi?
Cavab: Allahın adı ilə. Tibbi analizlərdən məlum olub ki, spiral döllənmiş yumurtanı öldürür. Buna görə də istifadəsi caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Əgər ər qoruyucu vasitələrdən istifadə etmədən yaxınlıq zamanı qadını yoluxdura biləcək xəstəliklərdən əziyyət çəkirsə, arvadın ərindən prezervativ istifadə etməyi tələb etmək hüququ varmı?
Cavab: Allahın adı ilə. Əgər həkimlər bu işə əmr edərlərsə, həkimlərin verdiyi rəyə tabe olunmalıdır. Allah daha yaxşı biləndir.
Sual: Əgər hamiləlik qadının sağlamlığına ciddi zərər verərsə və ya ona böyük narahatlıq yaradırsa, qadın ərindən spermanın rəhmə daxil edilməsinin qarşısını almasını və ya qoruyucu vasitələrdən istifadə etməsini tələb edərsə, kişi bu tələblərə razı olmazsa, qadının ərinin onunla cinsi yaxınlıq etməsinə mane olmaq hüququ varmı?
Cavab: Allahın adı ilə. Əgər mütəxəssis həkimlərin rəyi ilə qadının sağlamlığına zərər dəydiyi sübuta yetməzsə, sualın fərzində bu əməl caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Bəziləri hesab edir ki, cinsi əlaqə zamanı cinsiyyət orqanını geri çəkməklə xaricə boşalmaq və ya sperma xaric olmasına yaxın olduqda cinsiyyət orqanını xaricə çıxartmaq qadını zövq almaqdan məhrum edir və bu məsələ onun hüququna ziddir. Bu nə deməkdir?
Cavab: Allahın adı ilə. Əgər bu iş qadının razılığı ilə olarsa şübhə aradan gedir. Allah daha yaxşı biləndir.
Sual: Tibbi olaraq məlumdur ki, hamiləliyin qarşısını alan həblərin istifadəsi hormonların təbii balansını dəyişərək qadın orqanizmində bir sıra uyğunsuzluqların yaranmasına səbəb olur və bununla da yan təsirlərə yol açır. Bu yan təsirlər baş ağrısı, ürək bulanması, başgicəllənmə kimi yüngül simptomlardan tutmuş, qan laxtalanması kimi ölümcül nəticələrə qədər dəyişə bilər. Bu təsirlər hər bir qadında fərqli şəkildə özünü göstərə bilər. Buna görə də sual yaranır: qadının bu həblərdən istifadəsi dini baxımdan caizdirmi?
Cavab: Allahın adı ilə. Mütəxəssis həkim tərəfindən tövsiyə olunarsa caizdir. Allah daha yaxşı biləndir.
Sual: Qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi özü-özlüyündə caizdirmi?
Cavab: Allahın adı ilə. Əgər ərin razılığı vardırsa caizdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra