Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Sonsuzluğun müalicəsində boru üsulundan istifadə olunur. Başqa kişi və qadından mayalanmış döl boru vasitəsi ilə rəhmə yerləşdirilir. Bu icazəlidirmi?
Cavab: Allahın adı ilə, Əgər yumurtalıq və döl ər və arvadındırsa və xaricdə mayalandıqdan sonra qadının bətninə yerləşdirilirsə və ya başqa bir qadının rəhminə yerləşdirilirsə bu iki halda şəri cəhətdən icazəlidir. Həmçinin mayalanmış yumurta başqa bir qadının bətninə yerləşdirilsə o, qadın inkubator rolunu oynayacaq. Uşağın anası hesab olunmayacaq. Bu iş üçün ücrət tələb etməyə əgər aralarında razılaşma olarsa vardır. Bu iki hal şəri qaydaları gözlətməklə (misal övrətin həkim tərəfindən baxılması və s) caizdir. Amma qadının rəhminə başqa bir kişinin spermasından mayalanan dölün yerləşdirilməsi haramdır. Bu hal da yumurtalığın sahibi və dölün sahibi kimdirsə uşağda onlara nisbət veriləcək. Rəhm sahibi ana hesab olunmayacaq. Bu baş verənlərə zina hökmü şamil olmaz. Allah daha yaxşı biləndir.
Sual: Əgər ər sonsuz olarsa, Qadının yumurtalığını başqa kişinin nütfəsi ilə xaricdə mayalandırmaq caizdir? Əgər bu icazəlidirsə, uşaq qadının ərinə aid olacaq, ya nütfə sahibinə?
Cavab: Allahın adı ilə, Bu qəti sürətdə caiz deyil. Əgər bu baş verərsə uşaq nütfə sahibinə aid olacaqdır. Allah hidayət edən və alimdir.
Sual: Qadınlardan biri həkimə müraciət etmək istəyir. Həkim isə toxunmadan və qadının bədəninə baxmadan müayinə edir. Həkim bunu cihazın ekranı vasitəsi ilə edir. Ekran da isə qadının rəhminə və mayalanmış yumurtanın vəziyyətinə baxır. Bu icazəlidirmi?
Cavab: Allahın adı ilə. Bu iş müalicə üçündürsə, icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Aşağıdakı sualları cavablandırmağınızı istəyirik: 1. Müsəlman qadının kitab əhli və ya kafir üçün bətnini icarəyə verməsi icazəlidirmi? 2. Müsəlman qadının bətnini naməlum şəxsə vasitəçilik yolu ilə icarəyə verməsi şəriətə uyğundurmu? 3. Nənə, xala və ya bacının bətnini ər-arvad üçün icarəyə götürmək icazəlidirmi? 4. Müsəlman kişinin kitab əhli, kafir və ya dəli bir qadının bətnini icarəyə götürməsi mümkündürmü? 5. İcarəyə götürülən bətn sahibinin qanı, məhrəmliyə əsas yaradırmı? 6. Şəriətə görə bətnini icarəyə verən qadının körpəyə nisbəti nədir? 7. Hamiləlik müddətində bətnini icarəyə verən qadının xərcləri qarşılanmalıdırmı? 8. Körpəni dünyaya gətirən qadın, uşağın həqiqi anasının hüquqlarına sahib olurmu? 9. Doğulan körpənin nəsəbi həqiqi anaya, yoxsa bətnini icarəyə verən qadına aiddir? 10. İslamın miras qanunları icarə yolu ilə donor ana və körpə arasında tətbiq edilə bilərmi? 11. Döllərin dondurulması şəriətə uyğun hesab edilirmi? 12. Dondurulmuş dölü valideynlər sağ olduqda və ya öldükdən sonra, həqiqi ana və ya donor ana vasitəsilə istifadə etmək icazəlidirmi?
Cavab: Cavab 1: Allahın adı ilə. Caizdir, lakin qadının uşağı İslamdan başqa bir dində tərbiyə verməsi caiz deyil. Allah daha yaxşı biləndir. Cavab 2: Allahın adı ilə. Bəli, dini hökmləri qorumaqla icazəlidir. Cavab 3: Allahın adı ilə. Uşaq nəsil baxımından, sperma və yumurta sahibinə aiddir. Donor ana inkubator rolunu oynayır. Misal olaraq toyuqun altına ördək yumurtası qoyub çıxartmaq kimidir. Buna görə dini hökmləri hifz etməklə rəhm icarəyə götürməyin heç bir maneəsi yoxdur. Allah daha yaxşı biləndir. Cavab 4: Allahın adı ilə. Ağıllı qadının rəhmini icarəyə götürmək, onun dini mənsubiyyətindən asılı olmayaraq (müsəlman və ya qeyri-müsəlman), icazəlidir. Lakin əqli qüsurlu qadın üçün bu cür icarə müqaviləsi yalnız onun qəyyumu tərəfindən həyata keçirilə bilər. Allah daha yaxşı biləndir. Cavab 5: Allahın adı ilə. Məhrəmliyə səbəb olmaz. Allah daha yaxşı bilirəndir. Cavab 6: Allahın adı ilə. Yalnız dayə kimidir. Allah daha yaxşı biləndir. Cavab 7: Allahın adı ilə. Bu iş müqabilində icarə haqqına sahibdir. Əgər icarə haqqının bir hissəsini nəfəqə kimi müəyyən etsəniz və ya dölün bədənindən aldığı qidanın əvəzini həmin nəfəqənin bir hissəsi olaraq təyin etsəniz, bu, aranızdakı razılaşmaya uyğun olacaq. Allah daha yaxşı biləndir. Cavab 8: Allahın adı ilə. Yuxarıda sahib olmadığı və yalnız tərbiyəçi (dayə) olduğu deyildi. Allah daha yaxşı biləndir. Cavab 9: Allahın adı ilə. Qızım, Həqiqi ana yalnız yumurtanın sahibidir. Allah daha yaxşı biləndir. Cavab 10: Allahın adı ilə. Miras yalnız uşaq və yumurta sahibi arasında olacaqdır. Cavab 11: Dölün və ona bənzər halların qorunması zəruri olduğu təqdirdə icazəlidir, lakin zərurət olmadıqda bu, problemli sayılır. Allah daha yaxşı biləndir. Cavab 12: Allahın adı ilə. Həyatda olduqları müddətdə icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Mən 48 yaşın da bir qadınam. 18 aydan çoxdur evlənmişəm. Yaşımın çox olmasından və səhhətimdə olan problemlərdən dolayı hamilə qala bilmirəm. Eşitmişəm belə bir üsul var ki, Başqa bir qadının yumurtalığından istifadə etməklə kişinin sperması xaricdə mayalandırılıqdan sonra qadının rəhminə yerləşdirirlir. İstəyirəm bu barədə sizin rəyinizi öyrənim. Nəzərinizə çatdırım ki, bu əməliyyat iraqdan başqa islam ölkələrində həyata keçirilir?
Cavab: Allahın adı ilə, Əziz qızım əgər yumurtalıq sənin ki, olarsa və ərinin sperması tərəfindən mayalandırılarsa və sonradan sənin rəhminə yerləşdirilərsə bu halda uşaq sizin özünüzün olacaq. Həmçinin mayalanmış yumurta başqa bir qadının bətninə yerləşdirilsə o, qadın inkubator rolunu oynayacaq. Uşağın anası hesab olunmayacaq. Bu iş üçün ücrət tələb etməyə haqqı vardır. Bu iki hal şəri qaydaları gözlətməklə (misal övrətin həkim tərəfindən baxılması və s) caizdir. Amma yumurtalıq başqa bir qadıından götürülüb kişinin sperması ilə mayalanması və zövcəsinin rəhminə yerləşdirilməsi haramdır. Bu hal da yumurtalığın sahibi kimdirsə uşağın anası da o, hesab olunacaq. Rəhm sahibi ana hesab olunmayacaq. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra