Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Hicamənin şəriətdə müstəhəb olması sabit olubmu? Hicamənin müstəhəbliyi yalnız kişilər üçünmü, yoxsa həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub?
Cavab: Allahın adı ilə. Hicamənin şəriətdə müstəhəbliyi kişi və qadın ayrı seçkiliyi olmadan sabit olmuşdur. Əgər xəstənin müalicəsi fəqət hicamə yolu ilə olarsa, o zaman vacib olar. Allah daha yaxşı biləndir.
Sual:Hicamə ilə bağlı bəzi məsələləri şəri baxımdan izah etməyinizi xahiş edirəm: 1) Hicamə və ya zəli vasitəsilə bədəndən qan çıxarılır. Sualım budur: Hicamədən sonra qan çıxan yerin yuyulması vacibdirmi? Çünki 12 saat ərzində həmin qan çıxan yerdə iltihab yaranmaması üçün su vurulması tövsiyə edilmir. Zəli qoyularkən isə 12 saat ərzində ara-sıra yenidən qan çıxması baş verə bilər. Bu halda mənim namazımın hökmü nə olacaq? 2) Əgər hicamə və ya zəli dəstəmaz üzvlərinə qoyularsa, təyəmmüm ediləcək, cəbirə dəstəmazı alınacaq, yoxsa həm dəstəmaz, həm də təyəmmüm birgə alınacaq? 3) Bəzən qadınlara zəli və ya hicamə ilə qan aldırmaq lazım olur. Bu işi qadın yerinə yetirə bilmirsə və ya qadın tapılmırsa, bu işi naməhrəm kişinin etməsi caizdirmi?
Cavab: 1) Allahın adı ilə. Qeyd edilən hal bu sualdakı kimidirsə burada cəbirənin hökmləri tətbiq olunacaq. Allah daha yaxşı biləndir. 2) Əgər hicamə olunan üzv dəstəmaz üzvüdürsə cəbirənin hökmü burada tətbiq olunacaq. Amma zəli vasitəsi ilə qan çıxarılarsa və qan axmağa davam edərsə və namazın vaxtına az qalmışa qədər kəsilməyəcəksə, həmçinin cəbirə hökmləri tətbiq olunacaq. 3) Əgər bu vəziyyət baş veribsə və xəstə olan şəxsin müalicəyə ehtiyacı varsa, kişinin bu işi yerinə yetirməsi caizdir. Həmçinin, qadın həkim tapılmadıqda kişi həkimin həmin işi görməsi icazəlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra