Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir kəs nəsrani bir qadını hamilə buraxmışdır. Qadına uşağı saldırmağa şövq elətdirmiş və ilk mərhələdə qadına dərman verərək uşağı saldırmaq istəmişdir. Lakin bu iş də müvəffəq olmamışdır. Qadın isə bir müddət sonra özü bu işi həyata keçirmiş dərman vasitəsi ilə uşağı saldırmışdır. 1)-Bu hal da kişi uşağı saldıran hesab olunurmu? 2)-Kişi tövbə edib və peşman olubsa bu günahına görə odun əzabından aman da olarmı? 3)-Əgər bu işdə şərik olarsa o, zaman, saldırılmış uşağın haqqı qiyamət günü boynundan düşməz? 4)-“Əgər bir şəxs mömin birini bilərəkdən öldürərsə cəzası cəhənnəmdir” ayəsi bu şəxsə şamil olarmı? 5)-Tövbə və istiğfar onu bu günahın əzabından xilas edərmi? Xahiş edirəm öz nəsihətinizi edərdiz.
Cavab: Allahın adı ilə, 1)-Qatil burada dərmanları özü istifadə etdiyinə görə qadın hesab olunacaq. 2)-Əgər bir başa uşaq saldırmaq da bir rolu olmayıbsa kişi qatil hesab olunmur. 3)-Bundan öncə ki, cavab da bu sualın cavabı verildi. 4)-Bu sualda verilən hal tətbiq və şamil olunmaz. 5)-Suala bundan qabaq cavab verildi. Allah hidayət edən və biləndir.
Sual: Abortun icazəli olduğu yerlərdə diyə ödəmək vacibdirmi?
Cavab: Allahın adı ilə. Bəli, vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Uşağın diyəsi nə qədərdir?
Cavab: Allahın adı ilə. Hamiləliyin müddətinə görə diyənin miqdarı dəyişir. Allah daha yaxşı biləndir.
Sual: Əgər bətndəki, körpə zinadan əmələ gəlibsə, qadın öldürülməsindən qorxduğu üçün abort etdirə bilərmi?
Cavab: Allahın adı ilə. Abort etdirmək caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Ruh bədənə daxil olandan sonra abort etdirməyin hökmü nədir?
Cavab: Allahın adı ilə. Yuxarıda bu sualın cavabı verilmişdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər qadın körpənin böyük nisbətlə qüsurlu olduğunu dəqiqləşdirərsə, abort elətdirməsi caizdirmi?
Cavab: Allahın adı ilə. Caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Əgər hamiləlik qadına şiddətli zərər vurarsa (məsələn, qadın ürək və şəkər xəstəsidirsə) abort elətdirməsi icazəlidirmi?
Cavab: Allahın adı ilə. Əgər dölün ana bətnində qalmağı həkimlərin nəzərinə əsasən ananın ölümünə səbəb olarsa, diyəni hamiləliyin mərhələsinə uyğun hesablamaqla abort etmək caizdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər dölün ana bətnində qalmağı qadın üçün narahatçılığa (ürək getmə, baş gicəllənmə, qusmağa) səbəb olarsa, bu hallardan xilas olmaq üçün abort etdirmək caizdirmi?
Cavab: Allahın adı ilə. Sadalanan narahatçılıqlar abort etdirməyi mübah etməz. Allah daha yaxşı biləndir.
Sual: Ruh bədənə daxil olmamışdan abort etdirməyin hökmü nədir?
Cavab: Allahın adi ilə. Caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Uşağı iki aylığında saldırmaq icazəlidirmi? Əgər uşağı saxlamaq qadın üçün narahatçılığa səbəb olacaqsa və ərinin ona talaq verməsinə şəkk edirsə, bunu etməsi icazəlidirmi? Əgər uşağı saldırarsa şəri diyənin miqdarı nə qədərdir və kimə verilməlidir?
Cavab: Allahın adı ilə. Abort etmək haram və günahdır. Əgər uşağın ata və anası və ya onlardan biri müsəlmandırsa abort mömin öldürmək deməkdir. Abortu hamiləliyin bütün mərhələsində etmək haramdır. Diyənin miqdarı hamiləliyin hər 40 gününə görə 20 dinar hesablanacaq. Dinardan məqsəd qızıl dinardır. Dinar da şəri ölçü ilə qızılın 1/4-nə bərabərdir. Əgər hamiləlik 80 gündürsə diyəsi 40 dinar edəcəkdir. Bütün mərhələlərdə oğlan üçün diyə tam verilməli, qız üçün diyənin yarısı verilməlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra