Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Öd kisəsinin funksiyasının azalması və ya çıxarılması halında əvəz etmək üçün mal-qara ödündən əldə edilən öd duzları adlanan bir müalicəvi dərman var. Onu müalicə kimi istifadə etmək icazəlidirmi? Eyni zamanda, qida allergiyası və həzm problemləri yaşayanlar üçün istifadə olunan və müsəlman olmayan bir ölkədən gətirilən mal-qara böyrəklərindən hazırlanmış bir dərman var, onu da müalicə kimi istifadə etmək icazəlidirmi?
Cavab:Allahın adı ilə. Əgər müalicə sadəcə qeyd etdiyin şeylərlə məhdudlaşırsa, icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Bəzi dərmanlarda çox az dərəcədə spirt vardır, yəni onun tərkibində stabilləşdirici vasitə kimi istifadə edilən spirt maddəsi vardır, onun hökmü nədir?
Cavab: Allahın adı ilə, Müalicə yalnız bu dərmandan aslı olsa zərurət miqdarında caizdir, və əgər münhəsir olmasa caiz deyil. Allah hər şeyi biləndir.
Sual:Qızlıq pərdəsi aşağıdakı hallar nəticəsində cırıldıqda, qızın özünə və ya ailəsinin nüfuzuna görə qorxduğu halda, qızlıq pərdəsini tikməyin hökmü nədir?: 1- Əgər qızlıq pərdəsinin cırılmasına səbəb cinsi əlaqə olmadan qəza olubsa, onu tikməyin hökmü nədir? 2- Əgər qızlıq pərdəsinin cırılması xalq arasında məhşur olan zinaya görədir? 3- Zinaya görə baş verə amma xalq arasında məhşur olmaya və qızlar tövbə edə və öz işlərini düzəltmək istəyələr? 4- Əgər qızlıq pərdəsi məcburiyyət və zorlama nəticəsində cırılıb? 5- Yuxarıda qeyd olunan halətlərin hamısında qızlar üçün heç bir qorxu olmasa məsələn olar elə bir cəmiyyətdə yaşayaki bakirəlik pərdəsinə diqqət və ihtimam göstərmirlər. Bunların hökmü nədir? 6- Əməliyyatın fırıldaqçılıq deyil, kosmetik bir formada aparılmasının hökmü nədir? 7- Qızlıq pərdəsini düzəldən kişi və ya xanım həkim qızın gələcək ərinə xəyanət hesab edilir və bunu etməməsi qıza və onun ailəsinə ciddi ziyan vurur. Və həkim özünün elmi həyatına başlayarkən hər hansı bir hiylə və aldadıcı iş görməməsinə and içib, və eyni vaxtdada öz xəstələrinin həyatlarını, fiziki və psixoloji sağlamlıqlarını qorumaq üçün əlindən gələnini əsirgəməyəcəyinə and içib, əvvəlki halətlər üçün edəcəyi əməliyyatların şəri hökmü nədir? 8- Bəzi həkimlər qopmuş qızlıq pərdəsini bərpa edirlər, əgər cırılma sadədirsə, lakin bu, bəzi hallarda həyata keçmir, şəriətə əsasən həkimin bu haqda və bu əməliyyatın bəzi hallarda uğurlu keçməməsi ehtimalını qızlara deməsi vacibdir? 9- Bəzi həkimlər qopmuş qızlıq pərdəsini bərpa və ya zorlama və yaxud qəza nəticəsində aradan getmiş qızlıq pərdəsi fayda vermədikdə yeni pərdə əməliyyatı edirlər, və əgər birinci əməliyyat uğurlu keçməyibsə onun hökmü nədir? 10- Uşaqların zorlama və ya qəza nəticəsində qızlıq pərdəsinin cırıldığı halda, onun qızlıq pərdəsini bərpa etmə əməliyyatını tezləşdirməyi üstün bilmirlər, Bu, uşaqların kiçik toxumaları və onların zərifliyi, əməliyyat zamanı zədələnmənin asanlığı və bir çox hallarda uğursuzluqla bağlıdır, Uşağın on beş yaşına çatana qədər, toxumaların daha böyük və qalınlaşdığı vaxta qədər təxirə salmaq daha məqsədəuyğundur ki, bu da əməliyyatın uğurlu olma şansını artırır? 11- İlk cinsi əlaqə zamanı qanaxma olmadığı və ərin arvadının bakirə olmadığından şübhələndiyi və nikahdan sonra onu müayinə etmək, bakirəliyini müəyyən etmək üçün həkimə getməsi haqqında həkim qızlıq pərdəsinin köhnə qopması halında bunu ərinə bildirməlidir, ya yox? 12- Bu hökümlərin hamısının əsası nədir?
Cavab:Cavab: 1/ Allahın adı ilə, Əgər pərdəsinin cırılmış halında qalması qıza ictimai və ya qeyri ictimai problemlər yaradırsa əməliyyat etmək caizdir və amma cərrahiyyə əməliyyatı etdirmədən fərz olunan sualda hər halda caizdir. Allah alimdir. Cavab: 2/ Allahın adı ilə, Əvvəlki cavabda dediyimiz burda aiddir, və lakin qıza nişana gələn şəxsə hiylə və saxtakarlıq etmək caiz deyil. Allah alimdir. Cavab: 3/ Allahın adı ilə, İkinci cavabda qeyd olunanlar burda şamildir. Allah alimdir. Cavab: 4/ Allahın adı ilə, Həmçinin əvvəldə qeyd olunanlar burada aiddir. Allah alimdir. Cavab: 5/ Allahın adı ilə, Cərrahiyyə əməliyyatı etdirmədən caizdir, Əməliyyatı edənin qadın və ya kişi olmasından asılı olmayaraq qız uşağını əməliyyat etmək caiz deyil, çünki qəsd şəfa və ya zərərdən qorunmaq məqsədi daşımırsa, cinsiyyət orqanına (bəkarət yerinə) baxmaq və toxunmaq haramdır və bu fərz olunan sualda hər iki şey mövcüd deyil. Allah alimdir. Cavab: 6/ Allahın adı ilə, Dediklərimiz burda şamildir yəni cərrahiyyə əməliyyatı etdirmək caiz deyil və amma başqa yollarla kişi həkim və ya qadın həkim lazım olmayan yollarla caizdir. Allah alimdir. Cavab: 7/ Allahın adı ilə, Ona andı pozma kəffarəsi ilə caizdir. Allah alimdir. Cavab: 8/ Allahın adı ilə, Ona qeyd edilənləri qızlardan gizlətməmək vacibdir. Allah alimdir. Cavab: 9/ Allahın adı ilə, Qeyd etdiyimiz ilk cavablardan hökm məlum oldu. Allah alimdir. Cavab: 10/ Allahın adı ilə, Gərək yuxarıda qeyd olunan şəriət hökmlər əsasında mütəxəssis həkimin rəyinə əməl olunsun. Allah hidayət edən və biləndir . Cavab: 11/ Allahın adı ilə, Həkimə haqqı gizlətmək caiz deyil, lakin əgər haqq bilinsə qız öldürüləcəksə bu zaman ona haqqı gizlətmək cavibdir. Allah alimdir. Cavab: 12/ Allahın adı ilə, Bir neçə qaydalara əsasən ən mühümü qadına dörd şahid olmadan zina töhmətini vurmaq caiz deyil, və bəkarət pərdəsinin sağlam olmaması pozğunluq və zinaya dəlil deyil, və ər və arvaddan başqa baxmaq və toxunmaq caiz deyil lakin yalnız müalicə və ya ölüm və başqa növ olan zərərləri özündən uzaqlaşdırmaq üçün olar. Allah hidayət edəndir.
Sual: Bəzi işçilər rəsmi iş vaxtında öz iş yerlərini tərk edib yaxınlıqdakı məkanlara öz şəxsi işlərini həll etmək üçün gedirlər. İş yerlərini tərk etmələri işin davamiyyətinə bir ziyan gətirmir. Bu halda alınan məvacibin hökmü nədir?
Cavab: Allahın adı ilə. İşi tərk etmələri haramdır. İş vaxtında kənarda keçirtdiyi vaxtı sonradan iş saatına əlavə edərək artıq işləməsi vacibdir. Əgər bu cür etməsə xəyanət etmişdir. Allah hidayət edən və daha yaxşı biləndir.
Sual: Bəzən işçilər öz iş otaqlarını tərk edərək digər iş otaqlarına gedir və orada şəxsi söhbətlər edirlər. Bu davranışın iş prosesinə təsiri isə vəziyyətdən asılı olaraq dəyişir: bəzi hallarda işə mane olur, bəzi hallarda isə heç bir təsir göstərmir. Belə bir vəziyyətdə bu işin hökmü nədir?
Cavab: Allahın adı ilə. İşçinin öz iş yerini icazəsiz tərk etməsi, həmçinin, bunu öz şəxsi mənafeinə görə etməsi də caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Bəzi həkimlər xəstələrini müəyyən tibbi təhlil mərkəzlərinə və ya apteklərə yönləndirir, burada onların bu qurumlarla maddi maraqlara əsaslanan razılaşmaları olur. Bunun şəri baxımdan hökmü nədir?
Cavab: Allahın adı ilə. Əgər xəstə üçün vacib təhlillər deyilsə buna göstəriş vermək həkim üçün caiz deyil. Eyni qayda dərmanlara da aiddir: xəstə üçün zəruri olmayan dərmanların yazılması doğru deyil. Belə hərəkətlər harama yol vermək və müsəlmanın malına zərər vurmaq deməkdir. Lakin, əgər həkimin təyinatı xəstənin sağlamlığı üçün gərəklidirsə, bu halda eybi yoxdur. Allah daha yaxşısını bilir.
Sual: Siqaretlərin üzərində yazılan insan üçün zərərli və təhlükəlidir yazısı və həkimlərin də siqaretin ziyanlı olduğunu iqrar etməsi siqaretin haram olması üçün kifayət deyilmi?
Cavab: Allahın adı ilə. Bu mövzu ilə bağlı bir neçə il əvvəl belə bir fətva vermişik: əgər siqaret çəkən şəxsə mütəxəssis həkimlər siqaret çəkməyi qadağan edirlərsə, bu halda siqareti tərgitmək vacibdir. Əks halda, siqaret çəkməyə davam etməsi caizdir. Lakin siqaret çəkməyənlər üçün siqareti vərdiş halına gətirmək caiz deyil. Siqaret qutularının üzərindəki xəbərdarlıqlar isə şəriət baxımından hökm çıxarmaq üçün yetərli deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra