Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Korona peyvəndini ondan və istehsalçıdan qane olduğumuz halda almaq, özünü qoruyub saxlamaq üçün zəruri olan şeylərdən biridir, yoxsa onu virusa yoluxma ehtimalı və onun zərər riski ilə tərk etmək icazəlidir?
Cavab: Allahın adı ilə, Mütəxəssis həkimlərin razılaşdığına əməl etmək vacibdir və bunda mülayim olmaq icazəli deyil. Allah hər şeyi bilən və hidayət edəndir.
Sual: Əgər səfər etmək qanun cəhətindən qadağandırsa və bu qanuna əməl etməyib səfər edənin namazının hökmü nədir?
Cavab: Allahın adı ilə, Sual da verilən fərziyə ilə səfəri günah səfərdir. Namazları qəsr ilə səhih olmaz. Allah daha yaxşı biləndir
Sual: Korona virusla bağlı həkimlərin göstərişlərinə əməl etmək vacibdirmi?
Cavab: Allahın adı ilə, Əgər həkim mütəxəssisdirsə onun təlimatlarına əməl etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Alimlər qeyd edirlər ki, ehtiyat tədbirlərinə əsasən Korona virusdan dünyasını dəyişənlərin cəsədi yandırılmalıdır. Bu barədə rəyiniz nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Müsəlman şəxsin cəsədinin yandırılması haramdır. Əgər virusun yayılmasından ehtiyat edilirsə, dünyasını dəyişən şəxsin qəbri bilinəndən daha dərin qazılsın. Allah daha yaxşı biləndir.
Sual: Korona virusun yayıldığı bu günlərdə bu virusa yoluxduğunu bilən şəxsin qorunmadan insanların arasına qarışmasının şəri cəhətdən hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər tibbi göstərişlərə əməl etmədən və qorunmadan insanların arasına qarışmağı bu xəstəliyin yayılmasına yol açırsa haramdır. Bu bilməyən bir şəxsə zəhərli suyu içmək və onun ölümünə səbəb olmağına bənzəyir. Allah daha yaxşısını bilir.
Sual: Korona virus epidemiyasının yayıldığı bu günlər də İmam Museyi Kazim (ə)-ın şəhadəti günü xidmət edən heyətlər bu virus səbəbindən xidmətlərini göstərə bilmirlər. Onların bu günlərdə vəzifələri nədir?
Cavab: Allahın adı ilə, Bu əsr də üzləşdiyimiz bu çətinlik vaxtı şəhadət günlərində İmam (ə)-ın kasıb şiələrinə xidmət göstərək. O, fəqirlər ki, evlərinə aparmağa bir tikə çörəkləri belə yoxdur. Imam Museyi Kazim (ə)-a təvəssül edək ki, insanların pis əməlləri üzündən gələn bəlanı dəf etsin. Allah hidayət edən və doğru yol göstərəndir.
Sual: Bütün dünyanı ağuşuna alan korona virusu zamanında atılan bəzi addımlardan biri də Əimmə (ə)-ın qəbri şərifi olan ziyarətgahların bağlanmasıdır. Bəzi mömin cavanlar Əhli beytə məhəbbətlərinin çox olması səbəbindən bu kimi atılan addımlara etiraz edir. Etirazlarından biridə budur ki, bu müqəddəs məkanlar Allahdan şifa istəyən şəxslər üçün bir səbəb yeridir. Kimin xəstəsi varsa bura gətirməklə şifa tapılır. Bu şübhələrə cavabınız nədir?
Cavab: Allahın adı ilə, Bilinsin ki, Əimmə (ə)-ı uzaqdan da ziyarət etmək mümkündür və ya xəlvət bir yerdə də, zərihin ətrafın da cəm halda dayanmadan belə həyata keçirilə bilər. Bu addımlar Əhli beyt şiələrinin həyatında və məzhəbi qorumaqlarında və qiyamət gününə qədər daşımaqların da bir maneə yaratmaz.
Əvvəl
1
Sonra