Sual: İmtahanda hiylə işlədərək kopyadan istifadə etməyim caizdir?
Cavab: Allahın adı ilə. Hiylə işlətmək haramdır və tələbənin özünü aldatması sayılır. Ey oğul, özünü çətinliklərə qatlaşaraq imtahana əvvəlcədən hazırla. İmtahan zalına alnıaçıq daxil ol və oradan da alnıaçıq çıx. Allah daha yaxşı biləndir.