Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Pul müqabilində kiməsə iş icazəsi verirəm, Qeyd edək ki, bu mənim daimi işim deyil, və mən də lisenziyanı yeniləyirəm və rüsumları ödəyirəm və o, öz hesabına işləyir, mənim bu işimin və onun müqabilində aldığım pulun hökmü nədir?
Cavab: Allahın adı ilə, Bu qanuna müdaxilədir caiz deyil. Allah hidayət edən və biləndir.
Sual: Kağız pulların özünü saxlayıb qaytarmaqla onları kirayə etmək caizdir?
Cavab: Allahın adı ilə, Əgər orada halal mənfəət varsa məsələn kağız pulları şüşənin arxasına qoyaraq insanların diqqətinə çatdırmaq və dükanı reklam etmək və ya bunun kimi mənfəətlər olsa caizdir. Allah daha yaxşı biləndir.
Sual: İcarə əqdindən sonra əqd bağlayanlardan biri icarə olunan şeyin müəyyən olub olmamasında şəkk etsə, əqdi düzgün hesab etmək üçün Fərağ qaydası tətbiq olunacaq?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən Fərağ qaydası Məsumların (ə) səhabələrindən birinə səhih nəsdə qeyd olunubki: (Əvvəlki bütün namaz və təharətinizi, onu olduğu kimi davam etdirin) və başqa hədisdə qeyd olunub (Əgər bir şeyi bitirdikdən sonra başqa bir şeyə başlasan sənin şəkkin əsassızdır) söhbət ibadətə məxsusdur bu iki hədis Fərağ və Təcavüz qaydalarında əsasdır, Amma müaməlatda isə əgər onun şəraitlərinin birində şəkk olunsa qayda və qanuna əsasən batil olur və əgər bir kitab alsan və ya kirayə etsən və sonra alqı-satqı və ya kirayənin şərtlərinin birində şəkk etsən alqı-satqı qaydasına əsasən satılmış şey satanın mülkündədir və icarə olunmuş şeyin mənfəəti icarə edənin mülkündədir, və buda alqı-satqı və kirayənin batilliyini bildirir. Allah daha yaxşı biləndir.
Sual: Məhərrəm ayının onuncu günü işə getmirəm lakin mənə məxsus iş qurupu işə gedib (500) dirhəm pul qazanıblar. Mənə bu pulları başqa gündəlik xərclərimdə xərcləmək mümkündür?
Cavab: Allahın adı ilə, Əgər halal yolladırsa caizdir. Allah daha yaxşı biləndir.
Sual: Əqd bağladıqdan sonra icarə verən şəxs icarə edən şəxsin həddi buluğ olmasında şəkk etsə əqdi səhih etmək üçün burada fərağ qaydasın tətbiq edə bilər ya yox?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda əqd səhihdir. Allah alimdir.
Sual: Vacibi namazı öyrətməyin müqabilində pul, ücrət almaq caizdir?
Cavab: Allahın adı ilə, Caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Velosipedləri oynamaq və ləzzət aparmaq üçün kirayə vermək caizdir?
Cavab: Allahın adı ilə, Əgər qanun çərçivəsindədirsə eybi yoxdur. Allah alimdir.
Əvvəl
1
Sonra