Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər mükəlləf şəxs, qələm kimi digər əşyalarla xüsusiyyətlərinin oxşarlığı səbəbindən tanıtmaq çətin olan bir itirilmiş əşya tapsa və onun dəyəri bir dirhəmdən çox olsa, lakin insanlar onun dəyərinə əhəmiyyət vermirlərsə və sahibini tapmağın çətin olmasında güclü ehtimal varsa, həmin əşyanı bir il tanıtmadan əvvəl satmaq və pulunu sədəqə vermək icazəlidirmi?
Cavab:Allahın adı ilə. Tərif etmək lazımdır ki, fərz olunan sualda elan edilməlidirki, kim qələmini itiribsə, filankəs müraciət etsin– sənin yanına gəlsə, qələmin xüsusiyyətlərini soruş bilsən ki o, qələm sahibidir, ona ver, əgər bilmirsənsə, qələmin vəsflərini bilmədiyinə görə ondan üzr istə, bir il müddət keçdikdən sonra şəriət hakiminin icazəsi ilə qələmin özünü və ya qiymətini sədəqə verməklə öhdəni azad et. Allah daha yaxşı biləndir
Sual:Bəzi hallarda Hüseyniyyələrdə və ya məscidlərə daxil olduqda, namaz qılanın əbası və ya ayaqqabısı dəyişik düşür. Belə hallarda, səhv düşmüş əşyanı bir həftəlik tanıtım məqsədilə geyinmək və yaxud dəyişik düşmüş əşyanı qiymətləndirib sahibi tərəfindən sədəqə (rədd məzalim unvanı kimi) vermək caizdir ya olduğu yerdə qoymaq lazımdır?
Cavab:Allahın adı ilə. O, özünün olmayan əşyanı öz yerində tərk edir və məscidin və ya Hüseyniyyənin məsul şəxsi elan yazıb məscid və ya hüseyniyyənin qapısına yapışdırır və dəyişik salan şəxs səhvən götürdüyünü geri qaytarır. Allah daha yaxşı biləndir.
Sual: Qardaş evli bacısına üzük hədiyyə edib. Ona deyib ki: “Bilmirəm bu qızıldı, yoxsa başqa bir şeydi”. Bacısı onu qızıl bazarına aparıb və ona deyiblər ki, qızıldır. Onu satıb pulunu xərcləyib. Uzun müddətdən sonra qardaşı Allahın rəhmətinə qovuşub. Bacısı deyir ki, qardaşım müsafir yolunda restoranda işləyirdi. O, mənə üzüyü qadınların yuyunma otağından tapdığını dedi. Bacısı soruşur: Qardaşımın öhdəsində bir şey varmı. Və mən onun öhdəsini necə azad edə bilərəm? Qeyd edim ki, üzüyün qiyməti yadımda deyil, amma təxmin edə bilərəm?
Cavab: Allahın adı ilə, Təxmin edilməsi və məbləği şəri hakimə ödənilməsi vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Tapılmış şeylərdə, O yerlər ki, tapılmış əşyanı fəqirlərə sədəqə vermək lazımdır, həmən əşyanın qiymətini sədəqə verib həmən əşyanı tapan şəxs özünə saxlaması caizdir?
Cavab: Allahın adı ilə, Hakimi şərinin icazəsi ilə saxlaya bilər. Allah daha yaxşı biləndir.
Sual: Sahibi bilinməyən (məchuli malik) malı hakimi şərinin və ya vəkilinin icazəsi olmadan fəqir və ehtiyaclılara sərf etmək icazəlidir?
Cavab: Allahın adı ilə, Caiz deyildir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra