Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər bir şəxs, məsələn hər hansı bir şeyi nəzir edibsə və nəziri unudubsa iki, üç və ya daha çox işin arasında (şəkk etsə) qalsa, nə etməlidir?
Cavab:Allahın adı ilə. Əgər xatırlaya bilmirsə, həmin işdə ehtiyata əməl etmək mümkün olsa ehtiyata əməl etməlidir. Məsələn, oruc tutmağı və ya imam Hüseyni (ə.s) ziyarət etməyi nəzir etmisənsə, hər ikisinidə yerinə yetirməlisən, yəni imam Hüseyni (ə.s) ziyarət etməli və oruc tutmalısan. Allah daha yaxşı biləndir.
Sual: Nəzr olunmuş Quran xətmini surələrin bilinən ardıcıllığına riayət etmədən oxumaq icazəlidirmi? Surələrin bilinən ardıcıllığına riayət etmədən surələri dala-qabağa salmaq kimi.
Cavab: Allahın adı ilə, Bunun heç bir eybi yoxdur. Lakin, bu ayənin yarısını və başqa bir ayənin yarısını oxumaqla bir ayəni başqa bir ayə ilə qarışdırmaq icazəli deyil. Əksinə, oxunması lazım olan tərzdə oxunmalıdır. Allah daha yaxşı biləndir.
Sual: Xanımların biri illik İraq pulu ilə bir milyonun dörtdə bir hissəsinə meyvə alıb İmam Hüseyn (ə)-ın Ərbəinində xanım Rüqəyyə (ə)-ın niyyətinə paylamağa nəzir edib, ona meyvəni paylamağın əvəzində həmən pulu heyətlərin birinə verməsi caizdir? Gələn ilə təxirə salmağı caizdir?
Cavab: Allahın adı ilə, Gecikdirmək və nəziri dəyişmək caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Şəriyətin buyurduğu tərzdə nəzr etmişəm. O, iş baş verməmişdən qabaq nəziri ləğv etmək icazəlidir? Başqa nəzri etməyim olarmı?
Cavab: Allahın adı ilə, Əgər nəzrin mövzusunu ləğv etməyə imkanın varsa caizdir. Əgər sən bu il oğlan uşağı olması üçün nəzir etmisənsə və zövcən hamilə deyilsə və ya zövcəsi ilə bir əlaqə baş tutmayıbsa və ya əlaqə baş tutubsa və zövcəsi hamilə qalmayıbsa, nəzir yerində olduğu kimi qalır. Amma nəziri bu il şərtlər baş tutmadan ləğv etmək caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Nəzrin islam da hökmü nədir? Əfzəl olan budur ki, etdiyimiz nəzirə əməl edək ya yox?
Cavab: Allahın adı ilə, Nəzir mübah əməldir. Ancaq şərtləri yerinə yetərsə əməl olunmalıdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra