Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İslamın vəsiyyətə baxışı nədir? Ölümdən əvvəl vəsiyyət etmək şəridirmi?
Cavab: Allahın adı ilə, Vəsiyyət etmək təkid olunmuş müstəhəb əməldir. Hətta bəzi fəqihlərin sözlərindən, xüsusən, insanların boynunda haqqı olan kəsə və ya boynunda insanların haqqı olan kəsə vəsiyyətin vacib olunduğu görünür. Allah daha çox bilən və hidayət edəndir.
Sual: Bir xanım bütün mal dövlətini öz fatihə məclisinə xərclənməsinə vəsiyyət edərsə, və qalanını özü üçün Quran xətminə əri və övladları üçün xərclənərsə, vəsiyyətini yerinə yetirmək üçün bir neçə şəxs təyin edərsə, həmən vəsiyyət olunan şəxslərdən biri vərəsələrinə xəbər edərək, onlara xəbər edəki vəsiyyət yalnız tərəkənin üçdə birinə vacib olur sizlər qalan tərəkənin üçdə iki hissəsinədə icazə verirsiz? Vərəsələrin cavabı müsbət, qəbul və maneənin olmamasıdır. 1- İcazə və imza etdikdən sonra onlar sözlərini geri götürməyə haqları çatar? Bəzilərinin və ya hamısının icazə və imzadan geri çəkilməyi fərz etsək, bu geri çəkilməyin əsər və dəyəri var ya yox? 2- Əgər vərəsələrin bəziləri iddia edə ki, məbləğin az olmasına zənn etdikləri üçün icazə veriblər sonradan məbləğin çox olduğu məlum olarsa, ona görə irsdən payını, hissəsini tələb edirlər. Belə deyərlərsə hökm nədir?
Cavab: 1/ Allahın adı ilə, Onlara geri çəkilmək caiz deyil. Allah alimdir. 2/ Allahın adı ilə, Əgər Hakimi şərinin qarşısında bunu isbat etməyə imkanı çatsa üzrü qəbul olunacaq, əks halda qəbul olunmayacaq. Allah hidayət edən və biləndir.
Sual: Ərim vəfat edərkən vəsiyyət etmişdir ki, bütün mülkündən və mirasdan mülkünü satmamaq şərti ilə istifadə edim. Mənim ölümümdən sonra isə miras və mülk uşaqların arasında bölüşdürülsün. Bizim iki oğul və bir qızımız var. Onlar hazırda mülkün bölünməsini istəyirlər. Xahiş edirəm bu iş barədə mənə məsləhət verəsiniz?
Cavab: Allahın adı ilə, Şəri vəsiyyətə əsasən mirasın 3/1-i sizindi. Yerdə qalan 3/2 hissə isə vərəsələrindi. Əgər vərəsələrdə razı olsalar vəsiyyət həmin o, 3/2-ə də şamil olacaq. Əgər razı olmasalar vəsiyyət sizin haqqınız olan 3/1-ə şamil olacaq. Siz mərhumun ata və anasının barədə heç bir şey zikr etmədiz. Əgər mərhumun ata və anası həyatdadırsa mirasın 6/1-i onların, qalanı isə siz və övladlarınız arasında bölüşdürələcək. Mirasın 8/1-i isə sənindir. Evin torpağını çıxmaqla, evin divar və dam örtüyü sənindir. Sənə düşəcək pay torpadan başqa bütün şeylərdə 8/1-dir. Qalanı isə qız və oğlanlarınındır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra