Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Atanın, oğluna borc verdiyi məbləği, heç bir məcburiyyət və ya təkid olmadan ondan imtina etdikdən sonra geri tələb etməyə haqqı varmı? Atanın eyni məbləğdən dəfələrlə imtina etməsi halları təkrar olunub və məsələni dəqiqləşdirmək üçün ata ilə oğul arasında sənəd imzalanıb, bu imtinanı şahidlərin iştirakı ilə təsdiqləyiblər. Bir müddət sonra isə ata, məbləğdən imtina etməsini ləğv etmək istəyir, lakin bunu təkid və ya məcburiyyət olmadan, sadəcə utandığı üçün imtina etdiyini etiraf edir. Belə olan halda, atanın əvvəlki qərarını ləğv etməyə haqqı varmı?
Cavab:Allahın adı ilə. Sualın fərzinə əsasən, ata övladına borc verdiyi və sonra həmin borcdan imtina etdiyi bir məbləği geri tələb etmək haqqına malik deyil. Allah daha yaxşı biləndir.
Sual: Mənim sualım aşağıdakılardan ibarətdir: Birincisi: Ata dirikən malik olduğu malının bəzisini övladlarına hədiyyə etdikdən sonra bəzi övladlarından bir neçə il sonra geri almağa hüququ çatır, xüsusilə də hədiyyə alan şəxslər hədiyyə olan şeylərdə cinsi dəyişəcək dərəcədə təsərrüf edirlər, elə bil ki hədiyyə edilmiş yerdə bina tikələr? İkincisi: Əgər birinci nöqtədə qeyd olunduğu kimi hədiyyəni geri qaytarmağa hüququ çatmasa, hədiyyə almış şəxslər hədiyyə almaqdan mane olan şəxslərdən razılıq almaları zəruridir və bu atanın vəsiyyətinə əməl etmək sayılacaq, və yaxud həmən hədiyyə ümumi tərəkədən sayılacaq, şərən vacib olan kimi vəsiyyətdən hesab olunacaq ya yox?
Cavab: Cavab/ 1- Allahın adı ilə, Fərz olunan sualda ataya geri qayıtmaq (hədiyyəni geri almaq) caiz deyil. Allah alimdir. Cavab/ 2- Allahın adı ilə, Hədiyyə verən ataya hədiyyənin əvəzində hədiyyə çatmayan övladlarına hədiyyə miqdarında hədiyyənin əvəzini verə bilər bu şərtləki malın üçdə birindən artıq olmasın əgər artıq olsa vəsiyyətin keçərliyində vərsələrin razılığı lazımdır. Allah alimdir.
Sual: Əgər ata evlərdən birini övladlarının birinə hədiyyə edərsə, övlad evi qəbz etməsi ilə evə malik olur, Burada qəbzdən məqsəd yəni rəsmi dairədə evi övladın adına qeyd etməkdir yoxsa övladın evi qəbul etməsi kifayət edir?
Cavab: Allahın adı ilə, Ata tərəfindən evi boşaltmaq və açarları övlada təhvil verməklə hədiyyə həyata keçir rəsmi dairə ilə heç bir bir əlaqəsi yoxdur. Allah alimdir.
Əvvəl
1
Sonra