Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Allah təala ilə siqareti tərk etmək üçün əhd bağladım və onu tərk etdim, və bir müddətdən sonra yenidən siqaret çəkməyə başladım bunun nəticəsi nədir və kəffarə qəbul olunurmu və bu nədir?
Cavab: Allahın adı ilə, Bəli kəffarə vacibdir və o qul azad etmə, iki ay ardıcıl oruc tutmaq və yaxud altmış miskinə yemək vermənin arasında ixtiyar sahibidir. Allah daha yaxşı biləndir.
Sual: Allahla şəriət əhd bağlayan şəxs ki, siqaret çəkməyəcək və ata-anası ondan əhdi götürmüş olsada, lakin o, bu əhdi daşımamış, ata-anadan onu atmalarını xahiş etmiş və o, siqaretə qayıtmışdır. Bu şərtlə kəffarə vermək vacibdir?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda kəffarə vermək vacibdir. Allah alimdir.
Sual: Bu günlərdə atam Bağdadda ticarət mərkəzlərindən birinə ehtiyac üçün getdi lakin o evə qayıtmağa çox gecikdi həmən vaxtdada dedilərki bomba yüklü avtomobil partladı və onun evə gəlməməsindən atama görə məni qorxu və həyacan bürüdü və mən onun böyük oğluyam göz yaşları içində idim və atam üçün özümü təsirləndim və atamın öləcəyini, ailənin yükünü daşıyacağımı və o anlarda xəyal etdim və belə dedim Allah ilə əhd bağlayıram heç bir günahı etməyəcəm (və bəzi günahları özümdə, yəni niyyətimdə gizlətdim) mühüm budur ki, Allaha həmd olsun ki atam həmən yerdən qayıtdı istərdim bir neçə sual ərz edəm: 1- Hər bir edəcəyim günaha görə mənə kəffarə gəlir bunuda qeyd edimki həqiqətən günah bəşəriyyətin təbiətindəndir? 2- Mən elə bir mərhələyə çatmamışamki günahı tərk etmək mümükün olsun. 3- Mən həmən anda psixoloji təsirə və ağlamağa məruz qalmışdım əgər təsirə məruz qalmasaydım əhd etməzdim. 4- Bu əhdi necə batil etmək və ondan qurtulmaq mümkündür. 5- Mən indi əhd üzündən özümü zehni olaraq çaşqın görürəm və düşünürəm ki, özümü bu əhdə ilişdirdim. 6- Və kəffarəni yerinə yetirməyə qadir olmadığımı bilə-bilə əhddən qurtulmaq üçün bağışlanma (tövbə) diləyə bilərəmmi?
Cavab: Allahın adı ilə, Bil ey övladım sən təsəvvür etmirsən ki, Allah pak və müqəddəsdir, səni sevir və səni Ona itaət etmək üçün sevir və dünya və axirətdə onlara qəzəblənən günahkarların çərçivəsi xaricindədir və o halı da sənin üçün yaratmışdır. Atan üçün qorxu və kədərdən və ölərsə (Allah can sağlığı versin) ondan sonrakı aqibətindən qorxmaqdan, səni sövq edən o əhdə görə Allaha şükür etmirsənmi ki, Allah sənə rəhm edərək Onun saleh bəndələrindən olmağını istəyir, Sənin günahlara israr etməyindən və Allahın təqvasına iltizamlı olmağı fikirləşməməyinə təəccüb və çox heyrətlənirəm, Allahdan qorxmursanki bəlanı ya sənə və yaxud sənin sevdiklərinin birinə yenidən qaytarar sonra peşman olarsan sonraki peşmançılıq fayda verməz dünya və axirətini əldən verərsən, Uca Allaha əhd etdiyiniz günahları etsəniz, iki günahınız olar: Günahın biri əhdi sındırdığınıza ikincisi isə günahın özünü yerinə yetirdiyinizə görədir, Başa düşə bilmirəm ki siz necə qəddar Səddamın hökümlərini yerinə yetirirdiz ondan hətta gizlindədə qorxurduz, Allah buyurur (Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız) öz yoluna qayıt və özünlə bağladığın əhdə əməl et Allah sənə və valideynlərinə rəhm və ömrünüzü uzatsın. Allah tofiq verəndir.
Sual: Müəyyən bir günahı tərk etmək üçün şəri yolla Allah ilə əhd bağladım lakin mən iki il sonra yenidən həmən günaha qayıtdım və əhdimə vəfa etmədim mənə iki ay ardıcıl oruc tutmaq lazımdır yoxsa altmış miskinə yemək versəm öhdəm azad olur və Allah məndən razı qalar necəki əslən heç bir günah etməmiş şəxs kimi olar?
Cavab: Allahın adı ilə, Qayıtdığın günaha görə tövbə və peşmançılıq və kəffarə etməlisən, ikinci günah isə, etdiyin əhdin pozulmasıdır ki, sənin üçün iki günah oldu. Allah hidayət edən və biləndir.
Sual: Allah üçün əhd bağladım ki ömrüm boyu hətta ölənədədə birdaha günaha qayıtmayım, mənim həmən günahı bir neçə dəfə etməyim məsələn 3 dəfə mənim üzərimdə əhdi sındırma kəffarəsi 3 dəfə olacaq yoxsa bir dəfə daha aydın olmaq üçün 60 miskinə yemək verməliyəm yoxsa 180 miskinə əgər həmən günahı 3 dəfə etmişəmsə? Həmçinin əvvəlki sualdakı kimi nəzirdədə mən üç gün oruc tutmalıyam yoxsa doqquz gün?
Cavab: Allahın adı ilə, Kəffarə sənin Allaha qarşı etdiyin günahların sayına görə təkrarlanır. Allah alimdir.
Sual: Ər və ata arvad və ya uşağı şəri şəkildə əhd bağlamışlarsa, onların əhdini pozması caizdirmi?
Cavab: Allahın adı ilə, Xanımdan ərinin icazəsi olmadan nəzir və əhd düzgün sayılmır əgər ərinin hüquqları ilə ziddiyyət təşkil edirsə bu zaman kişi xanımının əhdini pozma hüququ vardır əgər xanımın əhdi evlilikdən öncə olmayıbsa, və həmçinin övladında hökmü eynidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra