Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qardaşlardan biri mənə dedi ki, filan kəslə filankəsin arasında dava düşdü və onların məsələsinə qarışdım və dava öz həllini tapdı, lakin mənə dediki səni Abbas (ə)-a and verirəm bunu heç kimə demə… Lakin davanın baş verməsini indi başqa bir şəxsdən eşitdim və hamı bu davadan danışır. Mənim fitnə yaratmadan baş verənləri danışmağa haqqım var və bildirim ki, mən onu başqa bir şəxsdəndə eşitdim?
Cavab: Allahın adı ilə, Sən özünə verdiyin vədə görə ona mültəzim olmalısan, başqasının nə etdiyindən sən məsuliyyət daşımırsan. Allah hidayət edən və biləndir.
Sual: Öhdəmdə and içmək kəffarəsi var. Və mən bilirəmki, and içməyin kəffarəsi on miskinə yemək verməkdir. Və mənim üç sualım var. 1-Hər bir miskinə yemək (kilo ilə) nə qədər verilməlidir. Məndə un və düyü vardır? 2-Yemək verməyi başqa bir şəxsə (sünni məzhəbindən) verib və onun vasitəsilə, miskinlərə paylanılması caizdir? Çünki o, miskinləri və müstəhəqləri tanıyır, mən müstəhəqləri tanımıram və yaşadığımız məntəqə qeyri şiələrin yaşadığı məntəqədir, və çətindirki, şiə Ruhanisi və ya onun əvəzində biri fəqirlərə paylasın? 3-Allah ilə əhdi sındıran şəxsin vəzifəsi, mən bir şeyi tərk etməyi Allah ilə əhd etdim və əhdimi pozdum. Və Allahdan tövbə və bağışlanmaq diləyirəm, onun kəffarəsi var? Və nə qədərdir?
Cavab: 1-Allahın adı ilə, Normal çəki ilə bir kilonun 4/3 hissəsidir. Allah daha yaxşı biləndir. 2-Allahın adı ilə, Kəffarə və fidyəni on iki imam şiəsinə vermək vacibdir. Baxmayaraqki, ortadakı vasitə qeyri şiədir gərək əmin adam olsun. Allah daha yaxşı biləndir. 3-Allahın adı ilə, Əhd kəffarəsi 60 miskinə itam (yemək) verməkdir, hər bir miskinə bir müdd təam (yemək)-dir. Müdd təam bir kilonun 4/3 hissəsidir. Təqribən 750 qram edir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra