Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Hüseyniyənin üzərində kirayə vermək üçün bina tikib kirayənin gəlirini hüseyniyəyə sərf etmək caizdir?
Cavab: Allahın adı ilə, Caiz deyil. Allah alimdir.
Sual: Son zamanlarda məscidlərə nəzarət edənlərin (mütəvəlli) bəzilərinin bəzi işləri geniş yayılıb istəyirik biləkki, bu məsələdə hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun) rəyi müqəddəs şəriətin hökmünə uyğun və ata nəsihəti nədən ibarətdir? 1- Məscidlərə nəzarət edənlərin (mütəvəlli) bəziləri səkini məscidə əlavə etmək üçün səkiyə hasar tikir? 2- Məscidə nəzarət edənlərin (mütəvəlli) bəziləri dünyavi səbəbə görə hər hansı bir şəxsi ordan qovullar məsələn: onunla münaqişə edən və mütəvəllinin pis işlərini və ya onun bu işə səlahiyyətli olmamasını bildirən şəxsləri oradan qovurlar?
Cavab: Allahın adı ilə, Mütəvəlliyə şəri hökmlərə əməl etmək vacibdir. Öz dinini və ibadət yerlərini itməkdən qorumaq üçün şəri hökmləri şəxsi istəklərdən qabağa salmalıdır. Hidayət edən və bilən Allahdır.
Sual: Əlim də olan təsbehi namaz qıldığım məsciddən və ya iş yerimdə olan namaz yerindən götürdüyümü bilirəm. Təsbeh vəqf olunduğundan yerinə qaytarmaq istəyirəm. Lakin bu iki məkandan hansından götürdüyümü unutmuşam. Lakin bilirəm ki, bu iki yerdən birindən götürmüşdüm. Bu hal da nə etməliyəm?
Cavab: Allahın adı ilə, Vəzifən budur ki, məscidin məsul şəxsindən soruşasan, ola bilsin ki, o, təsbehin məscidin olduğunu bilər. Əgər bu mümkün olmasa iş yerində olan həmkarlarından soruş. Əgər təsbehin buranın da olduğunu bilməyə imkanın olmasa əlində olan təsbehi sahibinin məscidə vəqf etdiyini ehtimal verirsənsə ora qaytar. O, təsbehə oxşar bir təsbeh alıb iş yerində olan namaz otağına qoy. Təsbehi özünün istifadə etməyin caiz deyildir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra