Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qeyri müsəlman qadınla müvəqqəti evlənən zaman o mehriyyənin mənasını başa düşməməsinə və ya ərəbcə bilmədiyinə görə Ona mehriyyəni hədiyyə olaraq vermək caizdir?
Cavab: Allahın adı ilə, Gərək o müvəqqəti evliliyin bütün xüsusiyyətlərini başa düşsün və onlar evləndiyi təqdirdə mehriyyənin onun mülki olur, bütün cəhətlərini bəyan etmədən əqd düzgün olmaz. Allah hidayət edən və biləndir.
Sual: Öz oğlunu və ya qızını müvəqqəti evlənməyə mane olan kişinin hökmü nədir? Qadağan etdiyi üçün övladının haram yola getməsini istər bilsin və ya bilməsin. Məsələn: İstimna, zina, qeyri etik filmlərə baxmaq, homoseksuallıq (cinsi azlıq) və yaxud ən azı haram şeylərə baxmaq.
Cavab: Allahın adı ilə, Bil ey övladım Allahu təala bakirə qızı evləndirmək də ata və babaya vilayət verib. Vəlisi öz nəzərində daha düzgününü seçməlidir, Ey övladım bunuda bil ki, hər hansı bir yeni yetmə qız və ya oğlan uşağı qeyd etdiyin işləri görsə istədiyi an özünü cinsi ləzzətlərdən saxlaya bilməyəcək və abrı gedəcək və yaxud ola bilər daimi evlənməkdən əbədi məhrum olsun. Bunun yeganə çıxış yolu mümkün olan yaxın fürsətdə daimi evlənmək və evliliyə tələsməkdədir. Ən yaxşı ata qızının ilk xəstəliyini (heyzi) ərinin evində görəndir. Allah daha yaxşı biləndir.
Sual: Mütə nikahı barədə nəyin düz və nəyin səhv olduğunu bilmək istəyirəm. Şərtləri nədir? Bu şəri cəhətdən doğrudurmu? Müvəqqəti əqd və ya daimi əqd hansı daha yaxşıdır?
Cavab: Allahın adı ilə, Hər iki əqd istər daimi olsun, istər müvəqqəti olsun şəriət cəhətindən icazəlidir. Quran ayəsi buna dəlalət edir. Daimi və müvəqqəti əqd hər ikisi doğrudur. Aralarında olan fərq bundan ibarətdir ki, daimi əqd ölüm, talaq və bu kimi səbəblərlə bitir. Amma müvəqqəti əqd isə müddətin bitməsi və ya bağışlanması ilə bitir. Hər iki nikahın necə kəsilməsi barədə risalə əməliyyədə zikr olunmuşdur. Allah alim və hidayət edəndir.
Sual: Əgər xuli talaqı verilmiş bir qadınla iddə müddətində müvəqqəti əqd etsə bu əqdin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər qadının iddə müddətində olduğunu bilərəkdən əqd kəssələr bir birilərinə haram olarlar. Əgər bu barədə ikisi də cahil olsalar, duxul baş verərsə, həmçinin bir birilərinə əbədi haram olarlar. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra