Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər ər və arvad kəbindən sonra evlilikdən öncəki müddətdə ayrılalar bunuda qeyd edimki kişi həmən xanımla arxadan yaxınlıq edib: 1- Həmən xanıma iddə saxlamaq vacibdir? 2- O qadın bakirə (qız uşağı) və ya dul qadın və yaxud dul qadın kimi sayılacaq? 3- Ərinə xəbər verməlidir ki əvvəl ki, əri onunla arxadan yaxınlıq edib? Əgər bunu ona deməkdə problem, çətinlik olsa nə edilməlidir? 4- Həmən xanım mehriyyənin hamısına hüquqi çatır?
Cavab: Cavab/ 1- Allahın adı ilə, Bəli. Allah alimdir. Cavab/ 2- Allahın adı ilə, Bakirə (qız uşağı) sayılacaq. Allah alimdir. Cavab/ 3- Allahın adı ilə, Vacib deyil. Allah alimdir. Cavab/ 4- Allahın adı ilə. Bəli hüquqi çatır. Allah alimdir.
Sual: Əgər həyat yoldaşımla cima edərkən məni xaric olmasa, bu halda qüsl mənə vacib olurmu? Əgər qüsl almaq vacibdir, bu qüsl dəstəmazı əvəz edirmi?
Cavab: Allahın adı ilə, Bəli vacibdir. Qüsl isə dəstəmazı əvəz edəcək. Allah daha yaxşı biləndir.
Sual: Ər arvadın cinsi yaxınlıq zamanı danışmaları caizmidir?
Cavab: Allahın adı ilə, Bir birilərinin haqqına girməmək şərti ilə caizdir. Allah daha yaxşı biləndir.
Sual: Ər arvad arasında 5 ildir heç bir əlaqə yoxdur. Onlar bir yer də yaşamırlar. Onlar nə bir birilərini görürlər nə də söhbət edirlər. Ancaq ər qadının bütün əsas zəruri ehtiyaclarını (ev, paltar, yemək,) qarşılayır. Bu cür evlilik yerində olaraq qalırmı?
Cavab: Allahın adı ilə, Nə qədər ki, aralarında talaq baş verməyib və şəri əqdin aradan getməsinə səbəb olan (misal: ərin və qadının ölümü) bir iş baş verməyibsə əqd yerində olaraq qalır. Allah daha yaxşı biləndir.
Sual: Cima əsnasında qadının fərcindən çıxan rütubət nəcisdir yoxsa pakdır?
Cavab: Allahın adı ilə, Əgər kənardan bir nəcasətə bulaşmayıbsa, pakdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra