Sual: Mənim oğlum var. Mən səfər etdiyim üçün qardaşımın zövcəsi ona 20 gün ərzində doyana kimi süd vermişdir. Sualım budur ki, qardaşımın zövcəsinin bacıları süd vermə səbəbindən xala hesab olunacaq? Qardaşımın qızı oğluma bacı hesab olunacaq?
Cavab: Allahın adı ilə, Süd verənin bacıları oğlunuza xala hesab olunacaq və süd verənin qızları isə bacı hesab olunacaq. Allah daha yaxşı biləndir.