Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər qadın sünni məzhəbinə əsasən əqd (kəbin) istəsə, şiə kişi sünni qadınla evlənə bilərmi? Necə olacaq, əqd doğru olacaq ya yox?
Cavab: Allahın adı ilə, Onlar şiə məzhəbinə uyğun əqd (kəbin) bağlamalıdırlar. Yalnız şiə tərbiyəsi ilə uşaq böyüdə biləcəyinə əminlik istisna olmaqla, ağlı başında olan şiənin qeyri-şiə ilə evlənməsi uyğun deyil. Allah hidayət edən və alimdir.
Sual: Evliliyin mənası yalnız kəbinə şamil olur yoxsa başqa bir şeydə lazımdır?
Cavab: Allahın adı ilə, Fiqhi termində evlilik kəbindir. Allah alimdir.
Sual: Əgər kişi, qızın ata və ya anasının mömin olub olmamasında şəkk etsə, onların imanını araşdırmaq zəruridir?
Cavab: Allahın adı ilə, Qadında daimi kəbində iman şərtdir, onun ata anasında iman şərt deyil. Allah daha yaxşı biləndir.
Sual: Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) məktub yazma vasitəsi ilə kəbin kəsməyə icazə verir? Qadınla kişi arasında əqd oxumağı məktub yazmaqla əvəz etmək kifayət edir? Kəbini oxuyarkən ərəbcə oxumaq zəruridir?
Cavab: Allahın adı ilə, Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) kəbin kəsəndə yazı və səs yazmaqla icazə vermir gərək iki tərəfin bir biri ilə eşidəcək dərəcə birbaşa danışmaqla kəsilsin necə ki, aparat vasitəsi ilə birbaşa danışmaq (telefon) kimi, kəbini icab və qəbulu və başqa şərtləri ilə kəsmək lazımdır və kəbini oxuyarkən gərək ərəb dilində oxunsun və başqa dildə kəbini oxumaq düzgün deyil, yalnız aciz olduqda olar, amma o (aciz olmaq) bizim indiki zamanda, əsrimizdə ağıla batan deyil. Allah alimdir.
Sual: Xanımın əri bir il və ya daha çox yoxa çıxsa ərinə haram olması səhihdir?
Cavab: Allahın adı ilə, Qeyd olunan hal xanımın öz ərinə haram olmağına səbəb olmaz. Allah daha yaxşı biləndir.
Sual: Bir şəxs nigah əqdində onu övladlığa götürən şəxsin adlarını yazır və həqiqi valideynlərinin adlarını qeyd elətdirmir. Bu kəsilən kəbinə təsir edirmi?
Cavab: Allahın adı ilə, Kəsilən kəbinə təsir etməz. Lakin atası olmayan bir şəxsə özünü nisbət verməsi caiz deyildir. Qurani Kərim bunu qadağan etmişdir. Bu böyük günahlardandır. Bu barədə gələn xəbərlərdən bunu söyləmək olar ki, bunu edən şəxsə lənət olunmuşdur. Güc və qüvvət yalnız Allaha məxsusdur.
Sual: Cinsi istəkləri ödəmək üçün evlənmək caizdir?
Cavab: Allahın adı ilə, Caizdir. Allah daha yaxşı biləndir.
Sual: Bakirə qadının evlənməsi üçün öz vəlisindən icazə almalıdır?
Cavab: Allahın adı ilə, Əgər bakirədirsə, vəlinin razılığı olmadan əqd səhih deyil. Allah daha yaxşı biləndir.
Sual: Məhərrəm və Səfər ayında evlənməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Şəri hökmə əsasən fərəh və sevinc zahir etmədən bu işi görmək də işğal yoxdur. Amma bu işi görən şəxs, bir özünə sual versin ki, əgər atası və ya qardaşı vəfat etsəydi bu işi görərdi! Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra