Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Müvəqqəti nikah əqdində talaqın iddəsi iki heyzdirmi? Bu o deməkdirmi ki, ikinci heyz bitəndə iddənin də müddəti bitir?
Cavab:Allahın adı ilə. Bəli, əgər heyz çağında olsa, iddənin müddəti bununla bitər və. Ey qızım bil ki, müvəqqəti əqddə təlaq yoxdur, yalnız, razılaşdırılmış müddətin bitməsi ilə bitər, ya da qalmış müddəti qadına hədiyyə etməklə olar. Allah alimdir.
Sual:Əgər qadın hələ də müvəqqəti nikahın iddə müddətindədirsə, həmin müddət ərzində eyni şəxslə nigah əqdi bağlaması caizdirmi? Yoxsa iddə müddəti bitməli və sonra nikah əqdi bağlanmalıdır?
Cavab:Allahın adı ilə. Bəli, nikah əqdini iddə müddətində eyni şəxslə oxumaq caizdir. Allah daha yaxşı biləndir.
Sual: Muməs (pozğun xanım) ilə müvəqqəti kəbin etdikdən sonra həmin xanıma iddə saxlamaq vacibdir, əgər o əslən evli deyil və əqd bitdikdən sonra kəbin olmadan davam edəcək?
Cavab: Allahın adı ilə, Əgər yaxınlıq müvəqqəti evlilikdən olan ərindən baş veribsə həmin xanıma iki ay və ya iki paklığ və yaxud iki heyz müddətində iddə saxlamaq vacibdir. Bu ixtilaf qadınların halına görə dəyişir bunu öz risaləmizdə qeyd etmişik, yaxınlıq istər qabaqdan və ya arxadan olsun. Allah alimdir.
Əvvəl
1
Sonra