Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Odda bişməmiş əti yeməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər başqa bir şəri maneə yoxdursa, bunun bir eybi yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Əgər insan məcbur və darlığa düşsə əti halal olmayan quş və heyvanın ətini yeməsi haram olar, məsələn meşə və ya elə bir yerdə olar ki, orada əti haram olan heyvanlardan başqa bir şey yoxdur, məsələn dovşan, qartal və ya şahin onları tutub, bişirib yeməsi, darlığa düşməsi səbəbindən günahkar hesab ediləcək, qayda belə deyir (məcburiyyət qadağaları halal edir) ya yox?
Cavab: Allahın adı ilə, Əgər canı qorumaq yuxarıda qeyd ediləndən aslıdırsa, ona caizdir. Allah daha yaxşı biləndir.
Sual: Qeyri müsəlman aşbazın göyərtidən hazırlayıb bişirdiyi pizzadan yemək bizə caizdir. Hansı ki, haram pizzaları (məsələn: haram ətlərdən və ya haram göbələkdən hazırlanan) həmən tavada hazırlayıb bişirirlər. Müəyyən olunmuş halların şəri hökmü nədir. Qeyd etməyə dəyər ki, həmən maddələr tavaya deyil çörəyin üzərinə qoyulur?
Cavab: Allahın adı ilə, Qeyri müsəlmanın bişirdiyinə rütubətlə (yaşlıqla) toxunursa və ya bişirdiyi qaba rütubətlə toxunursa nəcis və haramdır. Allah daha yaxşı biləndir.
Sual: Quran da yemək və içmək də israfın qadağan olunduğu gəlmişdir. Yəni ancaq yemək və içmək də israf etmək günah sayılır?
Cavab: Allahın adı ilə, İsraf etmək mütləq sürətdə günah hesab olunur. Allah daha yaxşı biləndir.
Sual: Haram yolnan alınıb gətirilən ərzaq nəcis hesab olunurmu?
Cavab: Allahın adı ilə, Əgər qırağdan ona nəcis bir şey toxunmayıbsa, pakdır. Allah daha yaxşı biləndir.
Sual: Ailə başçısının haram yolla qazanıb gətirdiyini yemək icazəlidir?
Cavab: Allahın adı ilə, Əgər ailə başçısının gətirdiyi oğurladığı malın özüdürsə və haram yolnan əldə etdiyi maldırsa (məsələn: çörək oğurlayıb gətiribsə) onu yemək caiz deyil. Əgər yesələr Allah qarşısında məsuliyyət daşıyırlar. Əgər ailə başçısının gətirdiyi ərzaq haram yolla əldə etdiyi pulnan aldığıdırsa, ailənin ondan istifadəsi icazəlidir. Onun günahı isə ailə başçısının üzərindədir. Bu bütün yeməli və içməli və geyməli əşyalar üçün də keçərlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra