Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Nə üçün islamın bəzi hökmləri məsələn (oğrunun və zinakarın və şərab içən barədə olan həddlər) hal hazır ki, əsrimizdə tətbiq olunmur? Biz islam hökmlərinin hər bir əsrdə tətbiq olunmasına və islamın daimi din olmasına etiqad edirik
Cavab: Allahın adı ilə, Ona görə ki, insanlar islam dininə itaət etmirlər. Alimlər isə hökmlərin tətbiqində acizdirlər. Allah hər şeyi bilən və hidayət edəndir.
Sual: Oğrunun əli haradan kəsiləcək? Dəlili ilə birlikdə?
Cavab: Allahın adı ilə, Kəsməyin özü Allahın əzəmətli kitabında qeyd olunub Allah təala buyurur: (Oğru kişinin və oğru qadının əllərini kəsin!), barmaqların kökündən kəsiləcək necəki Vəsail-Şiə kitabının sahibi Hudud babında ona dəlalət edən hədisləri qeyd edib, çünki əl (yəd) sözü barmaqların başından kökünə qədər bildirir və həmçinin barmaqların ucundan biləngə qədər və eləcədə barmaqların başından dirsəyə qədər və barmaqların ucundan çiyinə qədərdə bildirir, lakin ovucun içi (kəf) (əlin içi) və ondan yuxarı bizə dəstamaz alanda yüməyə və namaz qılanda səcdədə yerə qoymağa və namaza başlayarkən təkbirdə əlin içini qaldırmağa əmr olunub, Allahın quluna əmr etdikdən sonra bu vəzifələri yerinə yetirməyi qadağan etməsi ağlasığmazdır, çünki onlar Uca Allaha itaətdədirlər, ona görə də kəsilmir, Bu öz yerində bəhs olunan fiqhi dəlillərə əlavə olunur. Allah hidayət edən və biləndir.
Əvvəl
1
Sonra