Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qadın üçün əl və ya ayaq dırnaqlarını uzatmaq caizdir və əgər caizdirsə hansı həddə qədər uzada bilər? Əgər şəhvətə (həyacan) səbəb olursa onu naməhrəm dən gizlətmək vacibdir?
Cavab: Allahın adı ilə, Qeyd etdiyin kimi dırnaqları uzatmaq caizdir, amma möminə xanım dəstamaz və qüsldə gərək diqqətli olsun əlləri yumaqdan öncə dırnaq və ət arasındakı rütubət kifayət etmir. Gərək əlləri yuyarkən dırnaqla ətin arasına, dırnağın əhatə etdiyi ətə su çatsın, çox vaxt mükəlləf ondan ğəflətdə olur və ola bilər kişidə bəzi dırnağlarını uzatsın və ona diqqət etməsin. Mənim nəzərimdə gərək qadın naməhrəm kişidən dırnaq daxil olmaqla bütün bədənini örtsün. Allah hidayət edən və biləndir.
Sual: Əgər cavan da saqqal normal formalaşmayıbsa, onu qırxmaq icazəlidir?
Cavab: Allahın adı ilə, Çənənin və ətrafının qırxılması caiz deyildir. Darağın dişlərinin onu daraması ilə hərəkətə gətirməsi miqdarında uzunluğunu saxlamaq vacibdir. Din xadimlərindən başqaları üçün yanaqları qırxmaq caizdir. Allah daha yaxşı biləndir.
Sual: Mənim üzümdə tük tökülməsi xəstəliyi vardır. İstəyirəm hər bir müsəlman kimi düzgün saqqal saxlayım. Mən nə etməliyəm? Bu barədə nəsihətinizə ehtiyacım vardır.
Cavab: Allahın adı ilə, Ey oğul, üzündə çıxan tüklər 1,5 santimetr uzunluğunda olsa boynunda olan şəri vacibata əməl etmiş hesab olunursan. Özünü haramdan (üz qırxmaqdan) çəkindir. Allahdan istəyirəm ki, sənə şifa versin və üzünə və saqqalına gözəllik əta etsin. Allah hidayət edən və daha yaxşı biləndir.
Əvvəl
1
Sonra